Azərbaycan Respublikası Prezidentinin "Görkəmli
Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və
ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik
yubileyinin keçirilməsi haqqında" 10 aprel 2012-ci il
tarixli, 2150 nömrəli Sərəncamının icrasını təmin etmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Məmməd Səid Ordubadinin 140 illik yubileyinin
keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə
olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri tədbirlər
planının icrasını təmin etsinlər və görülmüş işlər
haqqında məlumatı 25 noyabr 2012-ci il tarixinə qədər
Təhsil Nazirliyinə təqdim etsinlər.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta
ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli
gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin
etsin və tədbirlər planı ilə birlikdə nazirliyin
İnternet səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 may 2012-ci il |