Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

İfa üzrə II Respublika müsabiqəsi qalibləri yekun konsert ilə çıxış etdilər

 

 Mayın 15-də Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ilk peşə-ixtisas təhsili şagirdləri və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş ifa üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti və mükafatlandırılması mərasimi keçirildi.  Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, BSU-nun rektoru Kamal Abdullayev, Milli Məclisin deputatları Jalə Əliyeva, Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov və digər şəxslər iştirak edirdilər.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il tarixli 1696 və 1698 nömrəli əmrlərinə müvafiq olaraq təşkil edilib. Müsabiqənin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili şagirdləri və orta ixtisas təhsili müəssisələri tələbələrinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, milli rəqslərimizi yaşatmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaqdan ibarətdir.

Mərasimdə öncə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açdı. Belə tədbirlərin keçirilməsinin gənc ifaçıların gələcək həyatına müsbət təsir edəcəyinə və onların bir peşəkar kimi yetişməsində müsbət rolu olacağına ümidvar olduğunu bildirdi. Regionlarda olan təhsil müəssisələrinin şagirdləri və tələbələrinin müsabiqəyə xüsusi maraq göstərdiklərini bildirən nazir müavini müsabiqənin 4 mərhələ üzrə keçirildiyini və münsiflər heyəti tərəfindən qaliblərin müəyyənləşdirildiyini qeyd etdi. Qalibləri təbrik edən və onlara gələcək həyatlarında uğurlar arzulayan Qulu Novruzov müsabiqənin növbəti illərdə də keçirilərək bir ənənə halı alacağını bildirdi.

Milli Məclisin deputatları Jalə Əliyeva, Fuad Muradov, BSU-nun rektoru Kamal Abdullayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək qalibləri təbrik etdilər.

Müsabiqənin Respublika mərhələsində I, II, III yerləri tutan şagird və tələbələrə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olundu.

Qaliblərin ifasında mahnılar, rəqslər və şeirlər iştirakçılara xoş ovqat bəxş etdi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov