Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Təhsil naziri İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

 

 Mayın 14-də təhsil naziri Misir Mərdanov İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə görüşüb.

İtaliya Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan nazir son illər ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söhbət açıb, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra məsələlər haqqında danışıb. Əsasən universitetlər arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Misir Mərdanov təhsil sahəsində digər əlaqələrin genişləndirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb, Azərbaycanda italyan dilinin tədrisi məsələsinə toxunub və bu məsələlər üzrə qonağın fikrini öyrənmək istədiyini qeyd edib. Nazir həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İtaliyada 4 azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Bu göstəricinin aşağı olduğunu diqqətə çatdıran təhsil naziri qeyd olunan istiqamətdə işlər aparılmasının vacibliyini vurğulayıb.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldi təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Səfir ölkələrarası əlaqələrin son illər daha da inkişaf etdirilməsindən söz açıb və bu əlaqələrdə təhsil sahəsinə xüsusi yer ayrılmasının vacibliyi məsələsində Misir Mərdanovu dəstəklədiyini bildirib. Mario Baldi ölkəsinin təhsil sistemi barədə geniş məlumat verib, məktəbəqədər, ibtidai, orta, peşə təhsili sahələri üzrə aparılan islahatlar barədə ətraflı danışıb. İtaliyada qədim və nüfuzlu ali məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdıran qonaq ölkəsində memarlıq, arxeologiya, mədəni irs, tibb, hüquq, mühəndislik, dizayn, iqtisadiyyat və digər sahələrin xüsusi inkişaf etdiyini, əcnəbi tələbələrin burada təhsil almasını asanlaşdırmaq məqsədilə bir çox proqramların ingilis dilində tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycanda italyan dilinin tədrisi məsələsinə toxunan qonaq ilkin mərhələ kimi Azərbaycanın orta məktəblərində italyan dilinin tədrisinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda qonaq bundan sonra İtaliyada təhsil alan azərbaycanlı tələbələrə diqqətin daha da artırılacağını nəzərə çatdırıb.

Qonağa təşəkkürünü bildirən təhsil naziri ilk olaraq Bakıdakı bir neçə məktəbdə italyan dilinin tədrisinə başlanmasının zəruri olduğunu deyib. İyunun 2-dən 9-dək İtaliya Respublikasına rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdıran Misir Mərdanov səfər zamanı bu məsələlərin geniş müzakirə olunacağını bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə İtaliya universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qeyd olunan digər məsələlərlə bağlı müvafiq işlərin aparılması istiqamətində müzakirələr aparıblar.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov