Mayın 15-də "Elektron təhsil" Respublika müsabiqəsinin I
mərhələsi başa çatıb. "Müasir məktəbdə elektron tədris
resursları" və "Təhsildə İnternet texnologiyaları"
istiqamətləri üzrə təşkil olunan müsabiqəyə ümumilikdə
1092 layihə təqdim olunub.
Təhsil Nazirliyi Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata
əsasən, "Elektron təhsil" Respublika müsabiqəsinin II
mərhələsinə keçən nominantlar 30 may tarixində elan
olunacaqdır. I mərhələnin sona çatmasına baxmayaraq,
layihələr üzrə şərhlərin verilməsi, layihələrin ictimai
müzakirəsi müsabiqənin finalına kimi mümkün olacaqdır.
Müzakirələrdə iştirak etmək və ya şərh yazmaq
istəyənlərin sayı 7 min nəfər təşkil edir. Qeyd edək ki,
müsabiqənin saytında qeydiyyatdan keçənlər əsasən
müəllimlər, şagirdlər, valideynlər, tələbələr və təhsil
üzrə mütəxəssislərdir.
Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə
noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim
olunacaq.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində həyata keçirilən "Elektron təhsil"
müsabiqəsi "Microsoft-Azərbaycan", Intel
korporasiyasının "Gələcək üçün təhsil" proqramı,
AZEDUNET, Ultra, Nar Mobile, HP və MƏDƏD təşkilatları
tərəfindən dəstəklənir.
"Elektron təhsil" Respublika müsabiqəsinin Təşkilat
Komitəsi |