Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Məktəblilərin 2011-2012-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 
2011/2012-ci dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, istedadlı şagirdləri üzə çıxarmaqla  onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə bağlı çap olunmuş “Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar I kitab”, “Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar II kitab”, “Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant”, “Kimyadan olimpiada məsələləri”, «Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi», “İstedadlı uşaqların psixoloji təminatı”, “İstedadın psixoloji diaqnostikası” adlı vəsaitlərdən müəllim və şagirdlər səmərəli istifadə  etmişlər.
Təhsil Nazirliyi kollegiyasının “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın yerinə yetirilməsinin yekunları haqqında” 03.12.2011-ci il tarixli qərarının icrası  ilə bağlı Nazirliyin 22.12.2011-ci il tarixli, 2154 nömrəli əmri ilə təsdiq olunmuş “ 2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə  Fəaliyyət Planı”ndakı tədbirlərin yerinə yetirilməsinə müntəzəm nəzarətin nəticəsidir ki, fənn olimpiadalarında əldə etdilən  nəticələr əvvəlki illərlə müqayisədə daha yüksək olmuşdur.
Mövcud qaydalara uyğun olaraq, olimpiadalar üç mərhələdə keçirilmişdir. Rayon (şəhər)  mərhələsinin I turunda 51800,  II turunda 9173, Respublika turunda 1186  nəfər şagird  iştirak etmişdir.
Olimpiadanın nəticəsi cədvəldə  göstərilən kimi olmuşdur.

Fənlər İştirakçıların sayı Qaliblərin sayı
Cəmi I II III IV
Azərbaycan dili və ədəbiyyat 235 80 4 7 11 58
Azərbaycan tarixi 230 60 4 7 13 36
Riyaziyyat 196 70 4 7 13 46
Fizika 115 39 4 4 10 21
Kimya 143 58 6 8 12 32
Biologiya 213 98 4 8 11 75
İnformatika 54 22 5 - 8 9
Cəmi: 1186 427(36%) 31(2.6%) 41(3.5%) 78(6.6%) 277(23.3%)

Fənn olimpiadalarının yekun turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinin, Şəki, İsmayıllı, Tovuz,  Şəmkir,  Zaqatala, Qazax, Şamaxı, Cəlilabad,  Quba, Hacıqabul, Siyəzən,   Qax,  Ucar, Ağdaş, Qəbələ, Abşeron, Yardımlı, Kürdəmir,  İmişli, Beyləqan, Balakən, Göygöl, Salyan, Füzuli, Masallı, Lerik, Samux, Tərtər rayonlarından olan şagirdlər daha çox fərqlənmiş, mükafata layiq yerləri tutmuşlar.
Nazirlik nəzdindəki Heydər Əliyev adına,  Akademik Zərifə Əliyeva adına, “Zəngi” liseylərinin, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının, 132-134 nömrəli təhsil kompleksinin, “Ankara məktəbi” məktəb-liseyin, BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin,  BSU-nun nəzdindəki məktəb-lisey kompleksinin, Bakı şəhəri 26, 147, 160, 239, 264 nömrəli məktəblərin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Naxçıvan şəhəri Heydər Əliyev adına, Şahbuz rayonu Kükü kənd, Şəmkir şəhəri M.Füzuli adına, Şirvan şəhəri 4, Şərur şəhəri 1, Siyəzən şəhəri 1  nömrəli   tam orta məktəblərin,  Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin, təbiət elmləri təmayüllü gimnaziyanın,  Balakən rayonu texniki və humanitar, Şamaxı rayonu texniki, təbiət və humanitar təmayüllü liseylərin, Zaqatala rayonu humanitar fənlər gimnaziyasının  şagirdləri  daha yaxşı nəticə göstərərək qaliblər sırasında  olmuşlar.  
Qaliblərin sayı baxımından respublikada fəaliyyət  göstərən «Çağ» Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl  liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil etmişlər. Belə ki,  bu liseylərin 31 nəfər şagirdi I-IV yerlərə, o cümlədən 10 nəfər I, 8 nəfər II, 6 nəfər III, 7 nəfər IV yerə layiq görülmüşdür.
Fənn olimpiadalarının təşkili və keçirilməsində görülmüş işlərlə yanaşı, bir sıra rayonlarda bu vacib işə laqeyd və səhlənkar yanaşma hallarına da yol verildiyi aşkarlanmışdır. Belə ki, Ağcabədi, Daşkəsən, Beyləqan, Qazax, Abşeron, Cəbrayıl, Xızı, Şabran, Sabirabad, Zəngilan, Ağstafa, Füzuli rayonlarından fizika və kimya fənlərindən, Samux, Gədəbəy, Ağdam, Qusar, Bərdə rayonlarından fizikadan, Xaçmaz, Neftçala, Qobustan, Göygöl, Salyan rayonlarından kimyadan, Cəbrayıl, Zərdab, Göygöl, Daşkəsən rayonlarından riyaziyyatdan, Şabran, Qubadlı rayonlarından riyaziyyat və biologiyadan, Laçın rayonundan  biologiyadan olimpiadanın yekun turunda bir nəfər də iştirakçı olmamışdır. Kəlbəcər və Xocavənd rayonlarının hər birindən isə yalnız 1 nəfər iştirak etmişdir.
Məktəblərin kompyuterlərlə təmin olunmasına baxmayaraq, informatika fənni üzrə olimpiadanın yekun turunda Gəncə, Şirvan, Naftalan şəhərlərindən, Abşeron, Xaçmaz, Neftçala, İmişli və Samux rayonları istisna olunmaqla digər rayonlardan  iştirakçı olmamışdır.
Ağsu, Ağdam, Qobustan, Daşkəsən, Qubadlı, Kəlbəcər rayonlarından bir nəfər olsun belə mükafata layiq yer tutmamışdır.
O da müəyyən edilmişdir ki, I və II rayon (şəhər) turlarında seçimin qeyri- obyektiv aparılmasının nəticəsidir ki, olimpiadanın yekun turunda riyaziyyatdan Bakı şəhəri 7, 91, 152,  236, 261, 314 nömrəli tam orta məktəblərin,  287 nömrəli “Zəkalar” liseyinin, BSU-nun nəzdindəki məktəb-lisey kompleksinin, Gəncə şəhəri 17, 27 nömrəli, Ağcabədi rayonu Hüsülü kənd tam orta məktəblərinin, Mingəçevir şəhəri texniki və humanitar liseyin, fizikadan Bakı şəhəri 3, 285, Gəncə şəhəri 17, 32, Göyçay şəhəri 3, Ağsu şəhəri 1, Laçın rayonu 37, Salyan şəhəri 2, Tərtər şəhəri 2 nömrəli, Hacıqabul şəhəri 5 nömrəli, Qobustan rayonu Dərəkənd kənd, kimyadan Bakı şəhəri 12, 177, 192,  285 nömrəli, Yevlax rayonu Salamabad kənd tam orta məktəblərinin, Şəki Azərbaycan-Türkiyə Özəl, Şirvan Özəl Türk Liseylərinin bəzi şagirdləri çox aşağı nəticə göstərərək  «0-10»  bal toplamışlar.
Göstərilənləri nəzərə alaraq
 
ƏMR EDİRƏM
 
1. Məktəblilərin 2011/2012-ci dərs ilində  fənn olimpiadalarının nəticələri  haqqında münsiflər heyətləri sədrlərinin təqdimatları nəzərə alınsın.
2. Fənn olimpiadalarının yekun turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinin, Şəki, İsmayıllı, Tovuz,  Şəmkir,  Zaqatala, Qazax, Şamaxı, Cəlilabad,  Quba, Hacıqabul, Siyəzən,   Qax,  Ucar, Ağdaş, Qəbələ, Abşeron, Yardımlı, Kürdəmir, İmişli, Beyləqan, Balakən, Göygöl, Salyan, Füzuli, Masallı, Lerik və «Çağ» Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə özəl liseyləri şagirdlərinin uğurlu nəticələri qeyd edilsin.
3. Lənkəran, Ağstafa, Ağsu, Qobustan, Daşkəsən, Yevlax, Xocavənd, Qubadlı, Kəlbəcər, Bərdə, Ağdam, Neftçala rayon təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayonların təhsil şöbə müdirlərinin nəzərinə çatdırılsın.
4.   Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik nəzdindəki və özəl ümumitəhsil müəssisələrinin direktorları Nazirliyin 22.12.2011-ci il tarixli, 2154 nömrəli əmri ilə təsdiq olunmuş “ 2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə  Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına, istedadlı şagirdlərin aşkara çıxarılmasına, onlar üçün səmərəli təhsil şəraitinin yaradılmasına, fənn olimpiadalarının təşkili və keçirilməsinə  xüsusi diqqət yetirsinlər.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) şagirdlərin fənn olimpiadalarına hazırlığında səmərəli fəaliyyət göstərmiş və 2012-ci ildə  keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma  layiq  görülmüş müəllimlərin hər birinin 150 (yüz əlli), olimpiadaların keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılmasında xüsusi əmək sərf edən respublika münsiflər heyəti  sədrlərinin hər birinin 140( yüz  qırx), məsul katiblərin hər birinin 100 (yüz), üzvlərin hər birinin 70(yetmiş) manat pul mükafatı ilə mükafatlandırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.
8.   Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Təhsil Nazirliyinin “Fənn olimpiadalarının yekun turunun         keçirilməsi haqqında” 14.02.2012-ci il tarixli, 210 nömrəli əmri. Fənn olimpiadalarının xərclər smetası.                                                                  
 
 
Misir Mərdanov 
Azərbaycan Respublikasının  təhsil naziri 
18 may 2011-ci il
 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov