Şirvan
şəhər 14 nömrəli beynəlmiləl tam orta məktəbin müəllimi,
beynəlxalq dərəcəli hakim Vaqif Gözəlovdan aldığımız
məlumatda bildirilir ki, bu günlərdə rayonun orta
ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri
arasında mini-futbol üzrə şəhər birinciliyi keçirilib.
Olimpiya sistemi üzrə təşkil olunan yarışa Şirvan Şəhər
Gənclər və İdman İdarəsinin mini-futbol meydançasında
start verilib. Turnirin çempionu olmaq uğrunda 1, 2, 4
9, 10, 11, 14, 16, 18, 20 və 21 nömrəli tam orta
məktəblərin komandaları mübarizə aparıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın
finalında Sadıx Hüseynov adına 1 nömrəli və Arif
Hüseynzadə adına 4 nömrəli tam orta məktəblərin
şagirdləri I-II yerləri bölüşdürüblər. Elçin İmanov
adına 10 nömrəli tam orta məktəbin futbolçuları isə III
yeri qazanıblar.
Qalib komandalar Şirvan Şəhər Gənclər və İdman İdarəsi
tərəfindən kubok, diplom və hədiyyələrlə təltif
olunublar.
ƏDALƏT |