Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

NDU-nun idman yarışlarına yekun vurulub

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərə start verilmişdir. Bu münasibətlə fakültələrarası müxtəlif idman yarışları da keçirilir. On fakültənin idmançılarının iştirak etdiyi sərbəst güləş və cüdo yarışları artıq yekunlaşmışdır. Gərgin mübarizə şəraitində keçən hər iki yarışda pedaqoji fakültənin bədən tərbiyəsi və idman ixtisasının tələbələri fiziki hazırlıqları, idman səriştəliliyi və mübarizə əzmləri ilə fərqlənmişlər. Belə ki, sərbəst güləş yarışında 60 kq çəki dərəcəsi üzrə Museyikazım Seyidov, 74 kq çəki dərəcəsi üzrə Sənan Abdullayev, 84 kq çəki dərəcəsi üzrə Röyal Nəbiyev rəqiblərinə qalib gələrək birinci yerləri tutmuşlar. 55 kq çəki dərəcəsi üzrə yarışan güləşçilərdən təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində kimya ixtisası üzrə təhsil alan Məhərrəm Əliyev, 66 kq çəki dərəcəsi üzrə iqtisadiyyat fakültəsinin tələbəsi Məhəmməd İbrahimov azarkeşlərini qələbə ilə sevindirmişlər. Yarışda ikinci və üçüncü yerləri pedaqoji fakültənin bədən tərbiyəsi və idman ixtisasının tələbələri - 55 kq çəki dərəcəsi üzrə Sadiq Səfərov və Murad Əliyev, 60 kq çəki dərəcəsi üzrə Sadıq Əsgərov və Şamil Quliyev, 66 kq çəki dərəcəsi üzrə Samuray Nağıyev və Ceyhun Talıbov, 74 kq çəki dərəcəsi üzrə Əli Quliyev və Həsən Eyvazov, 84 kq çəki dərəcəsi üzrə Qaraş Nuriyev və Azad Muradov bölüşmüşlər.

Cüdo üzrə yarışlarda da pedaqoji fakültənin bədən tərbiyəsi və idman ixtisasının tələbələri birincilik uğrunda inadlı mübarizə aparmışlar. Beş çəki dərəcəsində yarışan cüdoçulardan 60 kq çəki dərəcəsi üzrə Novruz Şirəliyev, 66 kq çəki dərəcəsi üzrə Yadigar Məmmədov, 73 kq çəki dərəcəsi üzrə Hidayət Hacızadə, 81 kq çəki dərəcəsi üzrə Vüsal Məmmədov, 90 kq çəki dərəcəsi üzrə Röyal Quliyev rəqiblərini tatami üzərində məğlubiyyətə uğradaraq birincilik əldə etmişlər.

Qaliblərə rektorluq tərəfindən mükafat və fəxri fərmanlar təqdim olunmuşdur. NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi haqqında" 16 yanvar 2012-ci il tarixli sərəncamına əsasən muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən, universitetin idmanın ən müxtəlif sahələri üzrə qazandığı nailiyyətlərdən danışmışdır. Qeyd olunmuşdur ki, belə yarışların keçirilməsi gənclərin fiziki tərbiyəsi, respublika və beynəlxalq səviyyəli yarışlara hazırlanması baxımından əhəmiyyətlidir.

Mehriban SULTAN,
NDU-nun Mətbuat  şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov