Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

"Həmkara dəstək" layihəsi üzrə təlimlərə başlanıb

 

"Mədəd-Azərbaycan" və "Microsoft-Azərbaycan" təşkilatlarının əməkdaşlığı çərçivəsində ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinin və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş "Həmkara dəstək" layihəsi üzrə təlimlərə başlanıb. Müvafiq təlimlər Bakı, Sumqayıt, Bərdə, Qax, Quba şəhərlərində keçirilir. Hazırda bu təlimlər Bakı şəhərində 7, 220 və 285 nömrəli tam orta məktəblərdə davam edir.

Məlumat üçün bildiririk ki, "Həmkara dəstək" layihəsi müxtəlif dünya ölkələrində həyata keçirilir və Azərbaycan bu şəbəkəyə qoşulan 50-ci ölkədir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin  informasiyalaşdırılmasi üzrə Dövlət Proqramı" çərçivəsində keçirilən layihənin əsas məqsədi müəllimləri fəallaşdırmaq, onlara metodiki məsləhətlər vermək və müasir texnologiyaların təlim və tədris prosesinə səmərəli tətbiqini təmin etmək üçün məktəblərdə dayaq nöqtələri, yəni həmkar müəllimlər hazırlamaqdır. "Həmkara dəstək" tədrisin və müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə yönəlmiş peşəkar inkişaf metodudur.

Təlimlər vasitəsilə həmkar müəllimlər məktəblərdə çalışan digər müəllimlərə informasiya və kommunikasiya texnologiyalarının təhsildə istifadəsi üzrə praktiki məsləhət və istiqamətlər verirlər. Bu isə son nəticədə təhsilin keyfiyyətinin artmasına səbəb olur. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov