Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Yer günü məktəbdə ekoloji tədbirlə qeyd olundu

 

Bakıdakı 204 nömrəli tam orta məktəbin şagirdləri aprelin 18-də keçirdikləri "Dünya bizim evimizdir" adlı ekoloji tədbirlərini Yer gününə həsr etmişdilər.

Şagird aparıcılar tədbiri açdıqdan sonra Yer planeti haqqında qısametrajlı film nümayiş olundu. Filmdə planetimizin mənzərəli yerlərindən, zəngin flora və faunasından görüntülər əksini tapmışdı. Filmi şagird aparıcının dünyamız haqqında verdiyi ümumi məlumat müşayiət edirdi. Məlumatda Yerin bizim vahid evimiz olması, planetin səthinin böyük hissəsini su təşkil etməsi, dünya okeanlarının iqlimə təsiri, ilk həyatın okeanda olması və s. kimi bilgilərdən söz açılırdı.

Aparıcıların söylədikləri "Amma çox təəssüf ki, bu gözəl planetimiz insan əli ilə bəzən korlanır" sözlərindən sonra ekrandakı gözəl mənzərələri ekologiyanın çirklənməsini əks etdirən epizodlar əvəz etdi.

Sonra ekologiyanı qorumaq üçün dünyada və ölkəmizdə görülən işlər barədə məlumat verildi. Qeyd olundu ki, BMT bu məqsədlə 1970-ci ildə aprelin 22-ni Beynəlxalq Yer günü elan edib. Artıq 42 ildir ki, bu gün ekoloji aksiyalarla qeyd olunur. Şagirdlər bildirdilər ki, ölkəmizdə ekologiyanın qorunması, ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür. Bu məsələ daim dövlətimizin diqqət mərkəzindədir.

Tədbirdə Azərbaycanda ekoloji problemlərlə bağlı şagirdlərin hazırladıqları slaydlar proyektor vasitəsi ilə nümayiş olundu.

Sonra şagirdlər ekologiyanın çirkləndirilməsi və buna qarşı mübarizə mövzusunda səhnəcik nümayiş etdirdilər.

Aparıcılar ekologiyanın qorunması istiqamətində məktəbin rəhbərliyi və müəllimlərin köməyi ilə həyata keçirilən tədbirlərdən danışdılar. Bildirdilər ki, "Havada oksigen qazının artması üçün sən də bir addım at" adı altında keçirilən aksiyaya məktəbin 7-ci sinif şagirdləri də qoşulmuş, çoxlu ağac və gül kolları əkmişlər. Aksiya çərçivəsində bukletlər hazırlanaraq əhaliyə paylanıb.

Aksiyadan hazırlanmış slaydlar göstərildi. Şagirdlər aksiyanın bir sıra ekoloji problemlərin həllinə müsbət təsir edəcəyinə inandıqlarını söylədilər.

Sonra söz tədbirin əsas təşkilatçısı olan coğrafiya müəllimi Aysel Süleymanovaya verildi. O, ekologiyanı qorumağın, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin vacibliyindən danışıb məktəblilərin bu proseslərdə iştirakını təqdir etdi və tədbiri yüksək səviyyədə keçirdikləri üçün onlara təşəkkürünü bildirdi.

Coğrafiya fənnindən nümayiş etdirdikləri fəallığa görə məktəbin 7-ci sinif şagirdlərinin böyük bir qrupuna diplomlar təqdim olundu.

Tədbiri yekunlaşdıran məktəbin direktoru Ziba Rzayeva da ekoloji problemlərin yaranma səbəblərindən, ölkəmizdə onların həlli istiqamətində atılmış addımlardan danışdı. Direktor məktəblilərin keçirilən ekoloji aksiyalarda iştiraklarını, tədbirdəki çıxışlarını yüksək qiymətləndirib, onlara, habelə bu işdə əməyi olan coğrafiya müəllimi Aysel Süleymanovaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Kübra Əliyevaya təşəkkür etdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov