Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Nəbatat Bağına ekskursiya

 

 Bu günlərdə Bakının Sabunçu rayonundakı 137 nömrəli tam orta məktəbin VI sinif şagirdləri neft milyonçusu Murtuza Muxtarovun təməlini qoyduğu Nəbatat Bağına ekskursiya ediblər. Onlar burada öncə Murtuza Muxtarov haqqında qısa məlumat alıblar.

Sonra şagirdlər Nəbatat Bağında xarici ölkələrdən gətirilib burada yetişdirilən saysız-hesabsız nadir bitki növləri ilə tanış olublar. Bu bağda yetişdirilən və maraqlı növlərdən olan aqava bitkisi 12 ildən bir çiçək açır, sonra da məhv olur. Aspirdisra bitkisini isə digər bitkilərdən fərqləndirən maraqlı xüsusiyyəti çiçəyini torpağın altında açmasıdır. Bundan başqa şagirdlər burada bənövşə, kənar xurması, şeytan ağacı, yuka, məsin, vitiks və s. bitkilər barədə də ətraflı məlumatlar əldə ediblər

Onlar Nəbatat Bağına bu maraqlı ekskursiyanı təşkil etdiyinə görə biologiya müəllimləri Rüsxarə xanıma təşəkkür ediblər. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov