Mayın 10-da Bakı Humanitar Kollecində ulu öndər Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə
tədbir keçirildi. Əvvəlcə tələbələrin əl işlərindən
ibarət sərgi nümayiş olundu. Kollecin həyətinə Dövlət
bayrağı gətirildi. Dövlət himni ifa olunduqdan sonra
dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru İlqar
Mahmudov ümummilli lider Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında misilsiz xidmətlərindən söz açdı.
Kollecin tələbələri ulu öndərə həsr olunmuş şeirlər
söylədilər, mahnılar ifa etdilər. Sonra Heydər Əliyevə
həsr olunmuş film nümayiş olundu. Tədbirin sonunda
rəsm sərgisində fərqlənən tələbələr kollecin rəhbərliyi
tərəfindən diplomla mükafatlandırıldı.
R.ZİYADOV |