Müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi,
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü ilə əlaqədar olaraq Bakıdakı 310 nömrəli tam
orta məktəbin akt zalında tədbir keçirildi. Dövlət
himninin səslənməsindən sonra ümummilli lider Heydər
Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimi giriş sözü ilə məktəbin direktoru Rəsmiyə
Quliyeva açaraq ümummilli lider Heydər Əliyevi
xalqımızın taleyində, iqtisadi, siyasi, mənəvi həyatında
misilsiz xidmətlər göstərən dahi şəxsiyyət kimi
səciyyələndirdi. Qeyd etdi ki, Heydər Əliyev
şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki, onun
ideyaları, əməli fəaliyyəti təkcə bu günlə
məhdudlaşmamış, həm də uzaq gələcəyə ünvanlanmışdır.
Aparıcılar dahi şəxsiyyətin həyatı haqqında tədbir
iştirakçılarına geniş məlumat verdilər. Məktəbin
şagirdlərindən Rəsul, Zəkiyə, Aytac, Ülvi və başqaları
ulu öndərə həsr olunan şeir söylədilər və mahnı ifa
etdilər.
Tədbirdə çıxış edən qonaqlar müstəqil Azərbaycanın
yaradıcısı Heydər Əliyevin dövlətçilik ideyalarının yeni
nəsillər üçün örnək olduğundan bəhs etdilər.
Sonda ulu öndərə həsr olunmuş "Heydər Əliyevin ömür
yolu" adlı film nümayiş olundu. |