Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Elmi-praktik konfrans

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə  Naxçıvan Müəllimlər İnstitutunda "Müasir təlim metodları və yeni pedaqoji  texnologiyanın  təlim-tərbiyə prosesində tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq yeni təlim metodlarının strukturu, səciyyəvi xüsusiyyətləri, yaranma səbəbləri və fənn kurikulumlarının tətbiqinin əhəmiyyəti  barədə danışmışdır. Qeyd olunmuşdur ki, 2004-cü ildən mütəmadi olaraq keçirilən konfransın məqsədi  təhsil islahatları və fənn kurikulumları ilə bağlı  ali və orta ümumtəhsil müəllimlərinin öz işlərini yeni təlim metodları əsasında  qurmalarından ibarətdir.

Sonra institutun pedaqogika və psixologiya kafedrasının baş müəllimi Lalə Allahverdiyevanın "Heydər Əliyev şəxsiyyəti siyasi-mənəvi tariximizin zirvəsi kimi", dillər və ədəbiyyat kafedrasının baş müəllimi Həsənəli Eyvazovun "Təhsil islahatını zəruri edən səbəblər və ədəbiyyat fənni kurikulumu" və Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Əliyevanın  "İbtidai siniflərin Ana dili təlimində milli kurikulumla əlaqədar inteqrasiyaya aid bəzi mülahizələr" mövzusunda çıxışları dinlənilmişdir.

Konfrans öz işini 3 bölmədə - "Humanitar və pedaqoji", "Dillər və ədəbiyyat, onların tədrisi metodikası", "Təbiət elmləri və onların tədrisi metodikası" istiqamətində aparmışdır. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov