Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət
xadimi Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü
ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində
keçirilən ənənəvi "Heydər Əliyev ongünlüyü" çərçivəsində
silsilə tədbirlər davam etməkdədir. Ali məktəbin
nəzdindəki Heydər Əliyev Universitetinin "Heydər Əliyev
və Azərbaycan" mövzusuna həsr olunmuş 156-cı məşğələsi
də bu münasibətlə təşkil olunmuşdu. Məşğələ Naxçıvan
şəhərindəki Heydər Əliyev Muzeyində keçirildi. Öncə
ümummilli liderin Naxçıvan şəhərindəki heykəli ziyarət
olundu.
Məşğələdə Naxçıvan Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəyli mövzu ilə bağlı əhatəli məruzə
edərək Heydər Əliyevin Azərbaycan xalqı üçün liderlik və
xilaskarlıq missiyasını yerinə yetirməsindən danışdı.
Natiq dünya şöhrətli siyasi xadim Heydər Əliyevin
Azərbaycanın müstəqilliyinin bərpası və qorunmasında,
ölkənin sosial-iqtisadi tərəqqisində və dünyada
tanıdılmasında böyük rol oynamasından bəhs etdi.
Məruzədə qeyd olundu ki, ulu öndər fenomenal zəkaya,
fitri istedada, analitik təfəkkürə malik unikal
şəxsiyyət, vətənpərvərlik, xalqına və dövlətinə sədaqət
nümunəsi idi. Akademik, Milli Məclisin deputatı İsa
Həbibbəyli bildirdi ki, yeni Azərbaycanın böyük
yaradıcısı Heydər Əliyevin dövlətçilik ideyaları bu gün
də ləyaqətlə davam etdirilir və yeni nəsillər üçün əsl
örnəkdir. Sonda muzeylə tanışlıq oldu. Heydər Əliyev
Muzeyinin direktoru Ramin Orucəliyev ümummilli liderin
mənalı ömür yolunu və siyasi fəaliyyətini əks etdirən
muzeyin fəaliyyəti, buradakı yeni eksponatlar haqqında
məlumat verdi.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |