Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Azərbaycanlı alimlər beynəlxalq elmi konfransda yüksək səviyyədə çıxış ediblər

 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafına da mühüm təsirini göstərir.

Təhsil naziri professor Misir Mərdanovun tövsiyəsi ilə BPKİYİ-nin nümayəndə heyəti 23-27 aprel 2012-ci il tarixlərdə Ukraynada səfərdə olmuşdur. Səfərdə məqsəd "Təhsil müəssisələri rəhbərlərinin və pedaqoji kadrların professional inkişafında innovasion texnologiyalar" mövzusunda aprelin 24-25-də keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etmək, həmçinin institutumuzun 2011-ci ilin əvvəllərindən elm və təhsil sahəsində əməkdaşlıq etdiyi  Ukrayna Təhsil Menecerləri Universitetinin rəhbərliyi ilə bir sıra məsələlərin müzakirəsindən ibarət olmuşdur. Beynəlxalq konfrans Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutu, Ukrayna Təhsil Menecerləri Universiteti, İnnovasion Texnologiyalar və Təhsil Məzmunu İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Minsk Vilayət Təhsilin İnkişafı İnstitutu, Rusiyanın  Diplomdansonrakı Təhsil Pedaqoji Akademiyası, İvanovsk Vilayət Təhsilin İnkişaf İnstitutu və digər ali məktəblərin birgə təşkilatçılığı ilə keçirilirdi. Beynəlxalq elmi konfransda adıçəkilən ali məktəblərin və elmi-tədqiqat institutlarının rəhbərləri, yüksək ixtisaslı mütəxəssisləri - Keyfiyyətli təhsilin təminində məktəb və ictimaiyyətin qarşılıqlı fəaliyyəti; Müasir təhsil müəssisəsi rəhbərinin idarəçilik səriştəliliyinin formalaşması: nəzəriyyə və təcrübə; Ali məktəbdə və diplomdansonrakı təhsil sistemində müəllim hazırlığının innovasion texnologiyaları; İnformasiya-təlim mühiti məktəb direktorunun və müəllimin peşəkar inkişaf vasitəsi kimi dörd elmi bölmədə məruzələrlə çıxış etmişlər. Konfransın plenar iclasında təşkilatçı ölkələrin - Azərbaycan, Belarus və Rusiyanın səfirliklərinin məsul işçiləri də iştirak edirdi. Təhsilin inkişafına innovasion texnologiyaların tətbiqinin mühüm problemlərinin həllinə yönəlmiş maraqlı məruzələrlə zəngin olan beynəlxalq konfransda fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov "Fizika-riyaziyyat təhsili və elmi-texniki inkişaf. İnnovasion texnologiyalar", pedaqoji elmlər üzrə fəlsəfə doktoru Polad Mədədov "Təlim-tərbiyə prosesində yeni modellər" mövzularında məruzələrlə çıxış etmişlər. Konfransın materiallarında institutumuzun yüksək ixtisaslı mütəxəssislərinin 7 elmi əsəri dərc edilmişdir.

Qeyd etmək yerinə düşər ki, son dörd ildə BPKİYİ-nin əsas təşkilatçılığı ilə beş beynəlxalq elmi konfrans keçirilmişdir: Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar və perspektivlər (Azərbaycan, Bakı, noyabr 2008); Diplomdansonrakı pedaqoji təhsil: Avropa oriyentirləri və regional prioritetlər (Ukrayna, Belaya Çerkov, sentyabr 2009); İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf (Azərbaycan, Bakı, noyabr 2010); İnnovasion təhsil fəaliyyəti: regional aspektlər (Ukrayna, Belaya Çerkov, aprel 2011); "Təhsil müəssisələri rəhbərlərinin və pedaqoji kadrların professional inkişafında innovasion texnologiyalar" (Ukrayna, Belaya Çerkov, aprel 2012). Hər bir beynəlxalq konfransın materialları yüksək poliqrafik və elmi səviyyədə dərc edilmişdir.

Beynəlxalq konfransda iştirak edən müvafiq ali məktəblərin rəhbərləri ilə gələcək əməkdaşlığa dair məsələlərin müzakirəsi də səfərin əsas məqsədlərindən olmuşdur.

Nümayəndə heyəti Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutunda ixtisasartırma prosesinin təşkili ilə tanış olmuş, həmçinin professor Asəf Zamanov 7-9 iyun 2012-ci il tarixlərdə Bakıda keçirilməsi nəzərdə tutulan "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" II Beynəlxalq elmi konfransın həmsədri, Ukrayna Təhsil Menecerləri Universitetinin rektoru, professor Viktor Oleynik ilə təşkilati məsələləri müzakirə etmişdir. Nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası akademik Zərifə Əliyeva adına Şahtaxtı məktəbi ilə qardaşlaşmış Kiyev Vilayət İrpen şəhər 12 nömrəli Beynəlxalq məktəbdə, İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına parkda görkəmli oftalmoloq alimin abidəsi önünə çiçək dəstələri düzmüş, Azərbaycanın Ukraynadakı səfirliyi və İrpen şəhər rəhbərliyinin təşkil etdikləri tədbirlərdə  iştirak etmişdir.

Qeyd etmək yerinə düşər ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu 2008-ci ildən başlayaraq Almaniya, Belarus, Böyük Britaniya, Fransa, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Ukraynanın 20-yə qədər ali məktəbi və elmi-tədqiqat müəssisələri ilə elm və təhsil sahəsində əməkdaşlıq edir. Yuxarıda adları göstərilən beynəlxalq konfransların təşkili, son dörd ildə institutumuzun professor-müəllim heyəti tərəfindən ölkəmizdə və xaricdə nəşr edilən dövri elmi jurnallarda çap etdirilmiş 600-dən çox elmi əsər (institutun yarandığı 1939-cu ildən 2007-ci ilin sonuna qədər əməkdaşlar tərəfindən cəmi 110 elmi əsər çap edilmişdir), həmçinin ali məktəblərin professor-müəllim heyətinin təcrübə mübadilələrinin reallaşması da bu əməkdaşlıqlar əsasında həyata keçirilmişdir.   

Sevinc QULİYEVA,
BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov