Aprelin
28-də Bakının Nərimanov rayonundakı A.Mustafayev adına
202 nömrəli tam orta məktəbdə şairə Məhəbbət
İbrahimova ilə görüş keçirildi.
Məktəbin direktoru Qasım Qasımov M.İbrahimova ilə
görüşün pedaqoji kollektiv və şagirdlər üçün
əhəmiyyətindən danışaraq belə tədbirlərin təhsil
ocağında tez-tez keçirildiyini dedi.
Gecənin aparıcıları qonağın həyatı və yaradıcılığı
barədə görüş iştirakçılarına məlumat verdilər.
Çıxış edənlər qeyd etdilər ki, böyüməkdə olan gənc
nəslin dünyagörüşünün genişlənməsində, tarixinə bağlı
bir vətəndaş, şəxsiyyət kimi formalaşmasında
ziyalılarla keçirilən görüşlərin əhəmiyyəti böyükdür.
Məktəbin şagirdləri Rəqsanə Qurbanova, Aysel
Abdullayeva, Züleyxa İsmayılova, Sevda Mahmudova, Əminə
Balaqardaşova, Minayə İsgəndərova, Ayxan Məhərrəmov,
Elariz Mirzəyev, Solmaz Abdullayeva, İlgün Nafilə
Məhəbbət İbrahimovanın şeirlərindən və irihəcmli
əsərlərindən parçalar söylədilər.
Tədbirin sonunda söz Məhəbbət İbrahimovaya verildi. O,
şagirdlərə elmlərin əsaslarına dərindən yiyələnməyi
tövsiyə etdi.
Məktəb kollektivi qonaqla xatirə şəkli çəkdirdi.
Rəşad RAMAZANOĞLU |