Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

"Beynəlxalq informatika olimpiadaları" kitabının təqdimatı oldu

 

Aprelin 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Beynəlxalq informatika olimpiadaları" kitabının təqdimat mərasimi keçirildi. Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqovun (Calallı) müəllifi olduğu kitab Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə həsr olunub.

Kitabın elmi redaktoru, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdir.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə 1989-2011-ci illəri əhatə edən beynəlxalq olimpiadaların inkişaf tarixi, Azərbaycanın bu yarışlarda iştirakı ilə bağlı görülən tədbirlərdən və s. bəhs edən kitabın gələcək nəsillər üçün dəyərli töhfə olduğunu bildirdi. O, proqramlaşdırma üzrə milli kadr hazırlığında Ramin Mahmudzadənin əməyini yüksək qiymətləndirdi. Bu tədbirlərin yüksək səviyyədə təşkilində yaxından iştirak edən  Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutuna göstərdikləri  dəstək və təşəbbüsə görə öz təşəkkürünü bildirdi.

Kitabda beynəlxalq informatika olimpiadalarının tarixi, keçdiyi maraqlı və səmərəli inkişaf yolu haqqında ətraflı məlumatların öz əksini tapdığını deyən professor Rasim Əliquliyev nəşrin elmi, pedaqoji cəhətdən əhəmiyyətini vurğuladı. O, kitabın ərsəyə gəlməsində həm müəllifin, həm də  Azərbaycanda olimpiada hərəkatının təşəkkülündə böyük xidmətləri olan Ramin Mahmudzadənin əməyini xüsusi qeyd etdi.

Sonra çıxış edən Ramin Mahmudzadə Azərbaycanın beynəlxalq olimpiadalarda iştirakına dair görülən tədbirlərdən, həyata keçirilən layihələrdən geniş söhbət açdı. Beynəlxalq informatika olimpiadaları ilə bağlı xatirələrini söylədi.

YUNESKO-nun dəstəyi ilə məktəblilər arasında keçirilən beynəlxalq informatika olimpiadalarının dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynadığını qeyd edən İsmayıl Sadıqov bildirdi ki, beynəlxalq səviyyədə uğur qazanmaq üçün proqramlaşdırma sahəsində xüsusi istedadlı şagirdlərlə geniş iş aparılmalıdır. "İlk növbədə, olimpiada məsələləri və onların həlli üsullarını əhatə edən çap və ya elektron materiallar olmalıdır", - deyən müəllif Azərbaycanın bu yarışlarda 1994-cü ildən iştirakına baxmayaraq, bu günədək ana dilimizdə informatika üzrə olimpiadalara aid heç bir vəsaitin olmadığına təəssüf etdi.

Gələcəyin olimpiadaçılarına yardımçı olmaq niyyəti ilə yazılmış kitabda beynəlxalq olimpiadaların keçirilməsi qaydalarından,  olimpiada məsələləri, onların həlli metodikası və beynəlxalq olimpiadalara hazırlıq proqramlarınadək ən mühüm sahələrin işıqlandırıldığını qeyd etdi. Eyni zamanda o, bu kitabın hazırlanmasında əməyi olmuş hər kəsə xüsusi olaraq öz minnətdarlığını bildirdi.

BDU-nun dosenti, fizika-riyaziyyat elmləri namizədi Ələkbər Əliyev, Bakı Kompüter Kollecinin direktoru İradə Səfərova və başqaları Ramin Mahmudzadənin nəcib insani keyfiyyətlərindən, ölkəmizdə olimpiada hərəkatının formalaşması sahəsindəki xidmətlərindən danışdılar.

Tədbirin sonunda iştirakçılara "Beynəlxalq informatika olimpiadaları" kitabının nüsxələri hədiyyə verildi. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov