Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

İngilis dili və ədəbiyyatında yeni yanaşma metodlarına dair konfrans

 

Aprelin 27-də Qafqaz Universitetində "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" mövzusunda gənc tədqiqatçıların II Beynəlxalq konfransı keçirildi.

Universitetin pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyatı bölümünün təşkilatçılığı və "Azərsun Holdinq" şirkətinin sponsorluğu ilə baş tutan tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin  yaranmasının 20-ci ildönümlərinə həsr olunmuşdu.

Məqsədi tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyət və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini vurğulamaq olan konfransda Azərbaycanın bir sıra ali məktəblərinin gənc tədqiqatçıları ilə yanaşı ABŞ və İrandan da gənc alimlər iştirak edirdilər.

Konfransın plenar iclası Azərbaycanın və Türkiyənin dövlət himnlərinin ifası ilə açıldı. İclasda konfransın baş koordinatoru, Qafqaz Universiteti pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyatı bölümünün rəhbəri Əli Bərəkət tədbirin əhəmiyyətini vurğulayıb, məqsədi və gündəliyi barədə məlumat verdi. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, prorektor Cihan Bulut söylədikləri təbrik nitqlərində çox dil bilməyin əhəmiyyətini qeyd edib, konfransın gənclər tərəfindən təşkil olunmasını təqdir etdilər. Gənclər arasında elmi tədqiqatlara marağın artmasını sevindirici hal kimi dəyərləndirən natiqlər konfransın təşkilatçılarına minnətdarlıqlarını bildirib, işinə uğurlar arzuladılar.

Plenar iclasda Qafqaz Universitetindən Şirli Stenli "İngilis dili və ədəbiyyatına müasir yanaşma", "Fülbrayt" təqaüdçüsü Sandra Derik "Sözlərin yazıda təsiri", Monkler Dövlət Universitetindən Keytlin Uord "Jabovun tədqiqatına yeni bir nəzər" mövzularında çıxışları dinlənildi.

Plenar iclasdan sonra konfrans öz işini linqvistika, ədəbiyyat, təhsil bölmələrində davam etdirdi. Üç bölmədə 70-dən çox məruzə oxundu. Məruzələr ətrafında müzakirələr aparıldı.

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov