Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi Şəkidə qeyd edildi

 

Böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai-siyasi xadim və maarifçi M.F.Axundzadənin 200 illik yubileyi onun doğma torpağı olan Şəki şəhərində qeyd edilmişdir.

Tədbir Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Müəllimlər İnstitutu və onun Şəki filialının birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan ədəbiyyatının inkişafında parlaq səhifə açan ədibin 200 illik yubileyinin təntənəli surətdə keçirilməsi üçün aidiyyəti strukturlara lazımi tapşırıqlar verilmişdir. Şəki Şəhər İcra Hakimiyyətində də böyük ədibin yubileyinin Şəkidə lazımi səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmış, tədbirlər planı qəbul edilmişdir. 2011-ci ildə Axundzadənin adını daşıyan prospektdə, parkda geniş abadlıq, quruculuq işləri və dahi mütəfəkkirin ev-muzeyində təmir-bərpa işləri aparılmışdır. Təsdiq edilmiş tədbirlər planına əsasən il ərzində Şəkidə müxtəlif tədbirlərin, o cümlədən elmi konfransların, seminarların, sərgi və müsabiqələrin, teatr festivalının keçirilməsi nəzərdə tutulmuşdur.

Bu gün Şəki Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi elmi-praktik konfrans aktual əhəmiyyət kəsb edir.

Sonra Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı çıxış edərək bildirdi ki, Azərbaycan adları dünya ədəbiyyatı xəzinəsinə daxil olan Nizami, Füzuli, Vaqif, M.F. Axundzadə, Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, C.Cabbarlı, Ü.Hacıbəyli, S.Vurğun və bir çox başqa yazıçıların, şairlərin, bəstəkarların, alimlərin vətənidir. Gənclərimiz də korifeylərin yaradıcılığına, Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində yaradılan bütün mənəvi sərvətlərə yaxşı bələd olmalıdırlar. Biz keçmişin təcrübəsinə və nailiyyətlərinə daha da irəliləmək, inkişaf etmək üçün müraciət edirik. Elə bu baxımdan uzun illər ulu öndərimiz Heydər Əliyevin mənəvi, mədəni, milli irsimizə böyük hörmət bəslədiyinin şahidi olmuşuq. Bu gün də cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımız dahilərimizin yaradıcılığından bəhrələnərək mədəniyyətimizin yeni böyük abidələrini yaradır. Azərbaycan tarixində yeni-yeni izlər açmış tarixi şəxsiyyətlər heç vaxt unudulmur.

Qeyd edildi ki, cənab Prezident İlham Əliyevin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu il tarixli sərəncamı XIX əsr Azərbaycan ədəbiyyatının ən mütəfəkkir xadimi M.F.Axundzadə kimi tarixi şəxsiyyətə verilən qiymətin bariz nümunəsidir.

Professor A.Naxçıvanlı bildirdi ki, bu illərdə bütün təhsil müəssisələrində, elm ocaqlarında Axundzadənin yubileyi qeyd edilir. Təbiidir ki, bu sərəncamın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin 617 nömrəli 19 may 2010-cu il tarixli əmrinə əsasən institutumuzda da bir çox tədbirlər keçirilmiş, bu gün M.F.Axundzadənin yubileyinin Azərbaycanın cənnət məkanlarından olan Şəki şəhərində keçirilməsi bu tədbirlərin davamıdır və heç də təsadüfi deyildir. Çünki bu gözəl məkan elə Axundzadənin doğulduğu məkandır.

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı qeyd etdi ki, bu Şəki Şəhər İcra Hakimiyyəti ilə keçirilən ilk tədbir deyil. Mən bugünkü gün münasibətilə bütün Şəki əhlini təbrik edirəm və tədbirin çox yüksək səviyyədə keçirilməsində yaxından iştirak etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova dərin təşəkkürümü bildirirəm.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, AMİ-nin Şəki filialının baş müəllimi Vaqif Aslanın "M.F.Axundzadə ümumşərq ədəbiyyatında və fəlsəfi fikrin inkişafında yeni mərhələdir", AMİ-nin dosenti Razim Məmmədovun "M.F.Axundzadə yaradıcılığı Əziz Şərifin elmi-tənqidi fikirlərində", Şəki filialının dosentlərindən Gülarə Abdullayevanın "Azərbaycan əlifbası islahatı sahəsində M.F.Axundzadənin təşəbbüsləri", Nurəli Çələbiyevin "M.F.Axundzadənin ədəbi irsində bədii tip və xarakterlərin psixoloji səciyyəsi", İlahə Süleymanovanın "M.F.Axundzadənin fəlsəfi görüşləri", Kamil Adışirinovun "M.F.Axundzadə yaradıcılığının Şəki ədəbi mühitinə təsiri" və Şəki Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi, AYB-nin üzvü Ramiz Yusifovun "M.F.Axundzadənin qadın obrazlarının səciyyəvi xüsusiyyətləri" mövzularındakı çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. 

Tünzalə YUSİFOVA,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov