Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Buxarestdə Boloniya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı keçirilib

 

26-27 aprel 2012-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Boloniya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyini konfransda təhsil nazirinin müavini Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın ev sahibi olan Rumıniya ilə yanaşı, Azərbaycan və Danimarka Boloniya prosesinə həmsədrlik çərçivəsində iclaslara sədrlik ediblər.

Qeyd edək ki, "Avropa Vahid Ali Təhsil Məkanının möhkəmləndirilməsi" adlı konfransın əsas məqsədi Avropa Vahid Ali Təhsil Məkanı çərçivəsində üzv ölkələrin təhsil sistemlərinin inkişafı və dünyanın digər regionları ilə ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsindən ibarət olub. Konfransda Avropa İttifaqı, Avropa Şurası, YUNESKO, ATƏT, Avropa Təlim Fondu, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Şurası və digər nüfuzlu təşkilatların nümayəndələri də iştirak ediblər.

Konfransın açılış mərasimində Rumıniya prezidenti Trayan Basesku da iştirak edib.

Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Q.Novruzov çıxış edib. Təhsil nazirinin müavini tədbir çərçivəsində, həmçinin bir plenar iclasa və işçi qrupunun iki sessiyasına sədrlik edib.

Konfransın birinci plenar iclasında Avropa Şurasının eksperti Germain Dondelinqer Avropa ölkələri tərəfindən Boloniya prosesinin tələblərinin həyata keçirilməsi üzrə geniş hesabatla çıxış edərək müasir dövrdə ali  təhsilin getdikcə artan əhəmiyyətinə toxunub. Məruzəçi qeyd edib ki, Boloniya prosesi Avropa ali təhsilinin üzünü nəzərəçarpan dərəcədə dəyişib  və Avropa  Vahid Ali Təhsil Məkanının yaradılmasına təkan verib. Hazırda Boloniya prosesinə üzv olan 47 Avropa ölkəsi arasında ali təhsilin strukturu, məzmunu və məqsədlərinə aid konsensus əldə olunub. Avropada ali təhsil sistemləri təkmilləşib və  ali təhsilin keyfiyyətini təmin edən qurumlar, tələbə mobilliyini asanlaşdıran mexanizmlər yaradılıb.

Eyni zamanda, hesabatda Avropa ölkələrinin ali təhsil sistemlərinə aid bir sıra aspektlər, o cümlədən ali təhsilin maliyyələşdirilməsi, keyfiyyətin təmin olunması, təhsil alma imkanları, ömürboyu təhsil, mobillik və digər parametrlər üzrə ətraflı məlumat və statistik göstəricilər iştirakçıların diqqətinə çatdırılıb. Qeyd etmək lazımdır ki,  həm hesabat, həm də bu sənədin ətrafında keçirilmiş müzakirələr göstərdi ki, son illər ərzində əldə olunmuş nailiyyətlər ilə yanaşı, Avropa ölkələrinin ali təhsil sistemlərində hələ də konkret problemlər mövcuddur. Bütün Avropa ölkələrinə xas olan problemlərin arasında ali təhsilin lazım olan həddə maliyyələşdirilməsi, təhsilin məzmununun əmək bazarının tələblərinə tam cavab verməsi, hamı üçün bərabər təhsil imkanlarının yaradılması, ali təhsil müəssisələrinin məzunları arasında işsizlik göstəricilərinin artması, diplomların və kvalifikasiyaların qarşılıqlı tanınması kimi məsələlər durur.

Konfransın yekununda bir neçə mühüm sənəd, o cümlədən Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub. Bəyannamədə Avropa ölkələrinin təhsil sistemlərinin gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Bu sənəddə həmçinin ali təhsil sahəsində diplomların qarşılıqlı tanınması mexanizmlərinin sadələşdirilməsi, təhsilin keyfiyyətinin artırılması, təhsilin maliyyələşdirilməsi və digər bir sıra mühüm məsələlərlə bağlı mövqe bildirilib.

Tədbir zamanı Avropa Komissiyasının təşəbbüsü ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanla Avropa Komissiyası arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti ilə Avropa Komissiyasının rəhbərliyi arasında işçi görüşü keçirilib.

Onu da qeyd edək ki, konfrans zamanı təhsil nazirinin müavini Qulu Novruzov Danimarka, Rumıniya, Kipr, Qazaxıstanın təhsil nazirləri və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə işçi görüşlər keçirib. Görüşlər çərçivəsində təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Konfransın yekununda Qulu Novruzov yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov