Mayın 1-də Xəzər Universitetində bu ali təhsil ocağının
"Elm və Sənət Məclisi"nin növbəti məşğələsi keçirildi.
Tədbirdə universitetin tələbə-müəllim heyəti ilə yanaşı,
Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin, eləcə
də elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri,
müvafiq dövlət qurumlarından nümayəndələr iştirak
edirdilər. Məclisin budəfəki qonağı Türkiyənin Boğaziçi
və ABŞ-ın Kolumbiya universitetlərinin professoru Reşit
Canbeyli idi.
Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və
Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı
açaraq qonaq haqqında iştirakçılara geniş məlumat verdi.
Sonra professor Reşit Canbeyli "İşığın psixoloji
effekti: bioloji saat və depressiya" mövzusunda məruzə
ilə çıxış etdi. Hamı tərəfindən maraqla qarşılanan
məruzə ətrafında geniş diskussiya aparıldı. Çıxış üçün
söz alan alim və mütəxəssislər mövzu ilə bağlı fikir və
mülahizələrini söylədilər.
Sonda professor Reşit Canbeyli tədbir iştirakçılarının
ona ünvanladığı sualları cavablandırdı.
Samirə KƏRİMOVA |