Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Ulu öndərin həyatı tarixi salnamədir

 

Naxçıvan Müəllimlər İnstitutunda "Heydər Əliyevin həyatı tarixi salnamədir" mövzusunda növbəti lektoriya keçirilmişdir. Lektoriyanı giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq bildirmişdir ki, ulu öndərin xalqı qarşısındakı göstərdiyi misilsiz xidmətlər şərəfli ömrünü tariximizin canlı səhifəsinə çevirmiş, ona əbədiyaşarlıq hüququ qazandırmışdır. Vətən və xalq qarşısında tarixi xidmətlər göstərmək yalnız dahi şəxsiyyətlərə xas olan xüsusiyyətdir. Ulu öndərimiz də məhz belə şəxsiyyət olduğundan yaddaşlarda əbədi yer tutub. Xeyirli əməllər sahibi, müqəddəs şəxsiyyət olduğundan Heydər Əliyevin qurub-yaratdıqları, dərin düşüncəli ideyaları yalnız dünənki və bugünkü nəsillərə deyil, həm də neçə-neçə gələcək nəsillərə hesablanmışdır. Onu həmişəyaşar edən, xalqın qəlbində ona əbədi abidə ucaldan məhz bu xüsusiyyətidir. Dahi rəhbərin bütün fəaliyyətinin, atdığı addımların mahiyyəti yalnız xalqına xidmət etmək arzusundan doğurdu. Ürəyində Vətən sevgisi olan hər bir soydaşımız yaxşı bilir ki, işıqlı gələcəyimiz ulu öndərimizin zəngin irsini öyrənməkdə, onun əbədiyaşar ideyalarına  sədaqətlə əməl etməyimizdədir.  Qeyd olunmuşdur ki, indi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, hamısında təmsil olunur. Əsası ulu öndər tərəfindən qoyulan sosial-iqtisadi tərəqqi Naxçıvanda da günü-gündən geniş vüsət alır. Elə buna görədir ki, həyatımızın bütün sahələrində dinamik inkişaf əldə edilib. Qazanılan uğurlar isə onu deməyə əsas verir ki, diyarımız özünün yüksəliş, tərəqqi dövrünü yaşayır. Əldə edilən nəhəng  uğurlara görə xalqımız tamamilə əmindir ki, ümummilli lider Heydər Əliyevin bizə miras qoyub getdiyi zəngin irs sadiq, möhkəm və etibarlı əllərdədir.

Sonra mövzu ilə bağlı institutun müəllimlərindən Tamara Baxşəliyevanın, Həsənalı Eyvazlının və Ələkbər Cabbarovun çıxışları dinlənilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov