Azərbaycan Respublikası Prezidentinin "Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik
yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il
tarixli, 1927 nömrəli Sərəncamının icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsinə
dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin
(əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil
şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas,
ilk-peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri
tədbirlər planının icrasını təmin etsinlər və görülmüş
işlər barədə 25 noyabr 2012-ci il tarixinədək
nazirliyə məlumat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və nazirliyin
İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 aprel 2012-ci il |