Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci
il tarixli, 2112 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi
ilə bağlı Tədbirlər Planı"nda Təhsil Nazirliyi
tərəfindən həyata keçirilməsi nəzərdə tutulan
tədbirlərin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili"
elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər
Planı" təsdiq edilsin (əlavə olunur).
2. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) tədbirlər planının
1-ci və 3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin
maliyyələşdirilməsini təmin etsin.
3. Təhsil Nazirliyinin icraya məsul struktur
bölmələrinin rəhbərləri tədbirlər planının icrasını
təmin etsinlər və görülmüş işlər barədə 20 dekabr
2012-ci il tarixədək nazirliyin rəhbərliyinə hesabat
versinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin, bu əmri tədbirlər
planı ilə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planını
çoxaldıb yerlərə göndərsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
26 aprel 2012-ci il |