ƏMR EDİRƏM:
1. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalının iyirminci ildönümünün keçirilməsi
ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq
edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil
şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas
təhsili və nazirliyin birbaşa tabeliyində olan digər
təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının
icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və tədbirlər planı
ilə birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 aprel 2012-ci il |