Azərbaycan Respublikasının Nazirlər Kabineti
|
QƏRAR № 90 |
Bakı şəhəri, 30 aprel 2012-ci il |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan
Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli
qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Təhsil Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun
tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci
bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan
Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
tabeliyinə verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, №7, maddə
745, №10, maddə 969, №12, maddələr 1241, 1245;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il
2 mart tarixli 56 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturuna daxil
olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta
ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci
hissələri ləğv edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri |