Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Dayaq məntəqələrinə həsr olunmuş "dəyirmi masa"

 

Şirvan şəhər 9 nömrəli tam orta məktəbdə dayaq məntəqələrinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Tədbiri Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Elçin Həsənov açaraq dayaq məntəqələri barədə məlumat verib. Qeyd edib ki, Şirvan ŞTŞ-ı üzrə ayrı-ayrı fənləri əhatə edən 25 dayaq məntəqəsi fəaliyyət göstərir. Dayaq məntəqələri şəhərin baza tədris müəssisələrində yaradılıb.

"Dəyirmi masa"da çıxış edən AMİ-nin Salyan filialının "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş" kabinetinin müdiri Sahib Həsənov  dayaq məntəqələrinin fəaliyyətinin pedaqoji və metodiki istiqamətlərindən danışıb.

Tədbirdə daha sonra 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, dayaq məntəqə sədri Lətifə Hüseynova,   11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, dayaq məntəqə  sədri Vəkil Quliyev, 9 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Əlizadə Hüseynov və başqaları çıxış edərək yeni təlim metodlarının əhəmiyyətindən, müəllimlərin təkmilləşdirilməsində dayaq məntəqələrinin rolundan, ixtisasartırma təhsilinə cəlb edilən müəllimlərə kurikulum barədə bilgilərin verilməsinin vacibliyindən, habelə problem və qarşıya çıxan müəyyən çətinliklərdən bəhs ediblər.

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov