Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

"Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində tədbir

 

Aprelin 16-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Avropa Şurasının "Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində "Biz zorakılığa yox  deyirik!" mövzusunda tədbir keçirilb.  Azərbaycan Respublikasının Milli Məclisi, Səbail Rayon İcra Hakimiyyəti və  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş  tədbirdə parlamentin deputatları, təhsil işçiləri, şagirdlər və beynəlxalq qurumların nümayəndələri və Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos  iştirak edib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bəşəriyyətin gələcəyi olan uşaqlara diqqət və qayğının əhəmiyyətindən danışıb. O, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsasının ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulduğunu   deyib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  respublikamızda 1999-cu ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının müddəalarını özündə əks etdirən "Uşaq hüquqları haqqında" Qanun qəbul edildi və Prezident İlham Əliyev tərəfindən 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olundu.  Natiq həm də  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlarla bağlı reallaşdırılan layihələrin əhəmiyyətindən  danışıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, müvafiq proqramın Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva isə müasir dünyada uşaq hüquqlarının qorunmasının vacibliyindən, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən  bəhs edib.

Tədbirdə  şagirdlərin "Uşaqların müasir cəmiyyətdə rolu", "Ailə münasibəti: valideynlər və uşaqlar" və digər mövzularda maraqlı məruzələri dinlənilib.

Sonra Milli Məclisin deputatları Gülər Əhmədova, Elmira Axundova, YUNİSEF-in Azərbaycan üzrə nümayəndəliyinin uşaq müdafiəsi şöbəsinin müdiri Munir Məmmədzadə və digər qonaqlar  uşaq hüquqlarının qorunması  ilə  əlaqədar   fikirlərini  bildiriblər. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov