Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldılar

 

Aprelin 25-də Təhsil Nazirliyində respublikanın ümumi təhsil məktəblərinin şagirdləri arasında "Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, qaliblərini mükafatlandırmaq üçün yığışdıqları inşa yazı müsabiqəsinin Azərbaycan Respublikasının  Prezidenti  cənab   İlham Əliyevin "Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında" 1 iyun 2010-cu il tarixli sərəncamına əsasən keçirildiyini qeyd etdi. Bildirdi ki, həmin sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən hazırlanmış və xüsusi əmrlə təsdiq olunmuş geniş tədbirlər planında ölkənin təhsil orqanlarına, təhsil müəssisələrinin rəhbərlərinə M.Ə.Sabirin 150 illik yubileyi ilə bağlı elmi-nəzəri və praktik istiqamətli tədbirlərin təşkili barədə tapşırıqlar verilmişdir.

Ötən müddət ərzində yubileylə əlaqədar xeyli təşkilati iş görülmüş, respublikanın təhsil müəssisələrində böyük şairin yaradıcılığına həsr olunmuş konfrans, seminar və "dəyirmi masa"lar, ədəbi-bədii gecələr, müsabiqələr keçirilmişdir. Böyük M.Ə.Sabirin yubileyinin qeyd edilməsi ilə bağlı ən sanballı tədbirin ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin olduğunu bildirən nazir onun gedişi və yekunları haqqında tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, 2 mərhələdə keçirilən müsabiqənin rayon (şəhər) mərhələsində minlərlə şagird iştirak etmiş, onlardan 95 nəfərinin inşa yazısı seçilərək Təhsil Nazirliyinə təqdim edilmişdir. Həmin inşalar xüsusi komissiya tərəfindən yoxlanılaraq qaliblər müəyyənləşdirilmişdir. Yoxlamanın nəticələrinə görə, 5 nəfər I, 10 nəfər II, 20 nəfər III dərəcəli diploma, 21 nəfər isə tərifnaməyə layiq görülmüşdür.

Sonra Misir Mərdanov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan ədəbiyyatının, incəsənət və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsinin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirildiyini bildirib, ölkə başçısının böyük Azərbaycan şairi "Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamını tarixi keçmişimizə, söz sənətinin qüdrətli nümayəndələrinin xatirəsinə sonsuz hörmət və məhəbbətin növbəti təzahürü kimi səciyyələndirdi. M.Ə.Sabirin XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur və nadir ədəbi simalarından biri olduğunu vurğulayan təhsil naziri böyük şairin həyat və yaradıcılığı, onun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən geniş söz açdı, ulu öndər Heydər Əliyevin, ədəbiyyatımızın görkəmli simalarının M.Ə.Sabir haqqında dedikləri qiymətli fikirləri diqqətə çatdırdı. Nazir onu da vurğuladı ki, Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərindən Bakıda ilk heykəl məhz M.Ə.Sabirə qoyulub.

Çıxışının sonunda nazir inşa yazı müsabiqəsinin qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, onların müstəqil Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliyini bildirdi. Nazir habelə müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkür etdi.

Mükafatlandırma mərasimində iştirak edən M.Ə.Sabirin yaxın qohumu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zemfira Tahirli ölkə Prezidentinin böyük şairin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar verdiyi sərəncamın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib, Sabir irsinin öyrənilməsinə xidmət edən bu müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirdi.

Tədbirə qatılan Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, professor Zahid Xəlil, dosent Füzuli Əsgərli çıxış edərək M.Ə.Sabirin 150 illik yubileyi münasibətilə şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin böyük şairin yaradıcılığının təbliğ və öyrədilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib, mahir satira ustasının Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini vurğuladılar. Çıxışlarda habelə M.Ə.Sabir yaradıcılığının bəzi xarakterik cəhətlərindən, Azərbaycan dilinin inkişafındakı rolundan, "Molla Nəsrəddin" jurnalının böyük şairin yaradıcılığına təsirindən söz açıldı.

Sonda müsabiqə qaliblərinə diplom, tərifnamə və hədiyyələr təqdim olundu. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov