1. Ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may -
Respublika gününə həsr olunmuş vətənpərvərlik mövzusunda
ifa üzrə respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin
tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov)
müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini
təmin etsin.
4. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş xərclər
smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş
vəsait hesabına müəyyən edilmiş qaydada həyata
keçirilsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və əlavələrlə
birlikdə nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 aprel 2012-ci il |