Türkiyə Respublikasının ölkəmizdəki səfirliyindən
aldığımız məlumata görə, aprelin 28-29-da Bakıda
Türkiyənin 30-a yaxın universitetinin iştirakı ilə
təhsil sərgisi keçiriləcək. İlk dəfə baş tutan bu
xüsusiləşmiş təhsil sərgisində azərbaycanlı tələbə və
gənclərə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar
və digər məsələlər barədə ətraflı məlumat veriləcək.
Bundan əlavə, sərgidə türk universitetlərində pulsuz
təhsil imkanları haqqında da təqdimatlar olacaq.
Paytaxtın "Park.İnn" otelində keçiriləcək sərgi "Akademi
group" şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə
Türkiyənin Anadolu Universiteti, Bahçeşehir Universiteti,
Boğaziçi Universiteti, Orta Doğu Texniki Universiteti və
digər ali təhsil ocaqları təmsil olunacaqlar.
Y.ƏLİYEV |