| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 
						mart tarixli 203 nömrəli fərmanı (Azərbaycan 
						Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 
						161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 
						11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 
						83; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan 
						Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də 
						aşağıdakı dəyişikliklər edilsin: 
						
						1.1. 8.5-ci yarımbənddə "qiymətləndirməni" sözündən 
						sonra "(ümumi təhsili həyata keçirən təhsil 
						müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların 
						biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) 
						istisna olmaqla)" sözləri əlavə edilsin;  
						
						1.2. 8.36-cı yarımbənddən "və təhsilalanların" sözləri 
						çıxarılsın. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						 
						
						2.1. üç ay müddətində Azərbaycan Respublikası 
						Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması 
						ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan 
						Respublikasının Prezidentinə təqdim etsin; 
						
						2.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər 
						Kabinetinin normativ hüquqi aktlarının bu fərmana 
						uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan 
						Respublikasının Prezidentinə məlumat versin; 
						
						2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ 
						hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 
						nəzarətdə saxlasın və bunun icrası barədə beş ay 
						müddətində Azərbaycan Respublikasının Prezidentinə 
						məlumat versin; 
						
						2.4. bu fərmandan irəli gələn digər məsələləri həll 
						etsin. 
						
						3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi 
						icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının 
						və normativ xarakterli aktların bu fərmana 
						uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan 
						Respublikasının Nazirlər Kabinetinə məlumat versin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 19 aprel 2012-ci il
 |