Bakıdakı 308 nömrəli tam orta məktəbin VI "b" sinif
şagirdləri Nəsimi rayonundakı 1 nömrəli körpələr evində
xeyriyyə tədbiri keçiriblər. Sinif rəhbəri Çimnaz
İmanovanın rəhbərliyi altında keçirilən tədbirdə
məktəblilər özləri ilə apardıqları ərzaq, geyim və
dərman preparatlarını körpələr evinə təhvil veriblər.
Məktəbin direktoru Təranə Məmmədova xeyriyyəçilik
tədbirlərinin əhəmiyyətindən və ölkəmizdə valideyn
himayəsindən məhrum olan uşaqlara yaradılan şəraitdən və
göstərilən dövlət qayğısından söz açıb. Körpələr evinin
uşaqları üçün şirniyyat süfrəsi açılıb. Həmin gün
şagirdlər uşaqlarla birlikdə rəqs edib, oynayıb və
şəkil çəkdiriblər. Tədbirin sonunda körpələr evinin
rəhbərliyi belə bir xeyirxah tədbir üçün 308 nömrəli
tam orta məktəbin pedaqoji kollektivinə minnətdarlığını
bildirib.
Şakir CƏFƏROV |