Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

"Dərslik əhəmiyyətli tədris vasitəsidir"

 

Bakıdakı 238 nömrəli tam orta məktəbdə IV sinif üçün  "Azərbaycan dili" dərsliyinin müəlliflərindən olan Rafiq İsmayılov və Solmaz Abdullayevanın iştirakı ilə "Dərslik əhəmiyyətli tədris vasitəsidir" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Nizami - Nərimanov metodik bölməsinin metodisti Validə Rzaməmmədova, məktəb direktorları, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qonaqlar "Riyaziyyat" və "Azərbaycan dili və ədəbiyyat" fənn aylıqları çərçivəsində məktəbdə görülən işlər, şagird və müəllimlərin yaradıcılıq nümunələri, 20 Yanvar,  Xocalı və 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş divar qəzetlərindən və fotolardan ibarət sərgi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Talıbov bildirdi ki, sivilizasiyalı cəmiyyətin qurulmasında, müasir, azad və tənqidi düşünmə gücünə, geniş dünyagörüşünə sahib,  şüurlu, yaradıcı nəsillərin yetişməsində dərsliklərin rolu böyükdür. Çıxış edən Rafiq İsmayılov bildirdi ki, dərsliyin müəllifi biz olsaq da,  dərsin müəllifi siz müəllimlərsiniz. Ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət qabiliyyətlərini genişləndirir, onlarda nitq mədəniyyətini formalaşdırır.   Yeni dərsliklərdən istifadə etməklə öyrənmə və öyrətmə prosesini daha əyani görmək üçün ibtidai sinif müəllimi Zümrüd Bayramovanın IV sinifdə Azərbaycan dili fənnindən keçdiyi  "Ən böyük dövlət" mövzusunda "açıq dərs"i dinlənildi.  Dərsdən sonra müzakirələr aparıldı. Dinlənilən dərs təhlil edilərək müsbət cəhətləri qeyd edildi,  bəzi tövsiyələr verildi.

Müzakirələrdən sonra məktəbin ibtidai sinif müəllimi İradə Bayramova "Dərslik əhəmiyyətli tədris vasitəsidir" mövzusunda çıxış etdi.

İbtidai sinif müəllimləri S.İsmayılova, Z.Rzayeva, G.Tağıyeva dərsliklərlə bağlı arzu və təkliflərini bildirdilər. Müəllimləri maraqlandıran suallar dərslik müəllifləri tərəfindən cavablandırıldı.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov