Qax RTŞ-ın Azərbaycan dili və ədəbiyyat fənni üzrə
metodisti Aybəniz Məmmədovadan aldığımız məlumatda
bildirilir ki, rayonun ümumtəhsil məktəblərində bütün
fənlər üzrə dayaq məntəqələri yaradılıb. Hər bir dayaq
mərkəzi 8-10 məktəbi əhatə edir.
Bu günlərdə RTŞ-ın tədbirlər planına uyğun olaraq
rayonun 7 dayaq məntəqəsində - 4 məktəbəqədər tərbiyə
müəssisəsində növbəti dayaq məntəqə metodbirləşmə
iclasları olub. Tədbirdə 56 "açıq dərs" keçirilib, 168
pedaqoji məruzə dinlənilib, 5 nəfər müəllimin qabaqcıl
təcrübəsinin öyrənilib yayılması nəzərdə tutulub. Eyni
zamanda 4 məktəbəqədər tərbiyə müəssisəsində 16 pedaqoji
məruzə dinlənilib və 4 nəfərin qabaqcıl iş təcrübəsi
öyrənilib.
Tədbir rayon müəllimlərinin kollektiv əməkdaşlıq, İKT-dən
və yeni təlim texnologiyalarından səmərəli istifadə
sahəsində təcrübə mübadiləsinə yeni stimul verib.
ƏDALƏT |