Azərbaycan
Mühəndislik Akademiyasının (AMA) illik ümumi yığıncağı
keçirilmişdir. Akademiyanın prezidenti akademik Arif
Paşayev tədbirdə çıxış etmişdir.
Yığıncaqda bir il ərzində akademiyada görülmüş işlər və
perspektiv məsələlər müzakirə edilmişdir. Mühəndislik
Akademiyasının nəzdində yaradılacaq Texnoparkın
konsepsiyası və inkişaf modeli haqqında da müzakirə
aparılmışdır. Akademiklər Yaqub Eyyubov, Havar Məmmədov,
İsmayıl Sadıqov, Əbülfəz Babayevin iştirak etdikləri
müzakirələrdən sonra müvafiq qərar qəbul olunmuşdur.
Yığıncaqda Azərbaycandan Beynəlxalq Mühəndislik
Akademiyasına (BMA) həqiqi üzv seçilmiş akademik Əli
Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədovaya,
müxbir üzvlər Qərib Məmmədov, Rövnəq Abdullayev və
Ədalət Səmədova diplomlar verilmişdir.
Sonra akademiyanın üzvlərinə orden və medallar təqdim
edilmişdir.
Akademiyanın prezidenti, akademik Arif Paşayevə MDB və
uzaq xarici ölkələrin elmi və mühəndis-texniki
cəmiyyətlərinin birləşməsində, mühəndislik elminin və
təcrübəsinin inkişafındakı xüsusi xidmətlərinə görə
akademiyanın ən ali mükafatı "Mühəndislik şöhrəti"
ordeni təqdim olunmuşdur.
Əhəd Canəhmədov BMA-nın "Böyük qızıl", Arif Mehdiyev və
Havar Məmmədov "Mühəndislik rəşadəti", Natiq Cavadov və
Hüseynqulu Bağırov isə "Mühəndislik şöhrəti" medalları
ilə təltif edilmişlər. "Beynəlxalq Mühəndislik
Akademiyasının XX illik yubileyi" qızıl medalı isə Arif
Paşayev, Əli Abbasov, Yaqub Eyyubov, Mürsəl Əliyev,
Gülçöhrə Məmmədova, Arif Quliyev və Məmmədkərim Quliyevə
təqdim edilmişdir.
AzərTAc |