İsveçin Upsala Universitetinin beynəlxalq əlaqələr,
hüquq və siyasi elmlər ixtisasları üzrə təhsil alan bir
qrup tələbəsi Xəzər Universitetində olmuşlar.
Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki,
universitetlə yaxından tanış olan tələbələr daha sonra
bu ali təhsil müəssisəsinin bir qrup müəllimi ilə
görüşmüşlər. Görüşün məqsədi yerli hüquq və
qanunvericilik, eləcə də Azərbaycan Konstitusiyası ilə
bağlı onları maraqlandıran sualları araşdırmaq idi.
Görüşdə humanitar və sosial elmlər fakültəsinin dekanı,
dosent Cabir Xəlilov, Hüquq departamentinin müəllimi
Leyla Məmmədova, Siyasi elmlər və beynəlxalq
münasibətlər departamentinin müəllimi Baba Bayramlı və
Beynəlxalq əlaqələr departamentinin nümayəndəsi Aytən
Şadlinskaya iştirak etmiş, tələbələri maraqlandıran
sualları cavablandırmışlar. |