Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Ali məktəblərdə professor-müəllim vəzifələrinin tutulması üçün yeni qaydalar hazırlanır

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali məktəblərdə professor-müəllim vəzifələrinin tutulması üçün qaydalar hazırlayır.

Bu barədə məlumat verən Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bildirib ki, layihə formasında olan qaydalarda professor-müəllimlərin işə qəbulu ilə bağlı bır sıra yeniliklər nəzərdə tutulur.

Hazırda ali məktəblərdə professor-müəllimlər fakültələrin və ali məktəbin elmi şuraları tərəfindən 5 il müddətinə seçilir. Yeni qaydalara əsasən isə professor-müəllim vəzifələrinin tutulması ilə bağlı son qərarı ali məktəbdə işə qəbulla bağlı yaradılmış müvafiq komissiya verəcək. Müsabiqədən keçmiş professor-müəllimlərlə ali məktəb rəhbərliyi 4 illik müqavilə bağlayacaq. Bu müddət başa çatdıqdan sonra isə həmin vəzifənin tutulması üçün yenidən elan veriləcək. Bu vəzifəni əvvəl tutmuş müəllim də müsabiqədə yenidən iştirak edə və uğur qazanacağı təqdirdə həmin vəzifəni tuta bilər. Bir müəllimin müsabiqədə iştirakı ilə bağlı məhdudiyyət qoyulmur.

Bununla yanaşı, müsabiqədən keçən professor-müəllimlərlə ali məktəb rəhbərliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq, müəllimlər hər ilin sonunda öz fəaliyyətləri barədə hesabat verməlidirlər. Əvvəllər 5 il müddətinə seçilmiş professor-müəllimlərin hesabatı məktəb rəhbərliyi tərəfindən yaxşı işləməyən müəllimə qarşı hər hansı tədbirin görülməsinə imkan vermirdi. Amma indi hesabatın nəticəsindən asılı olaraq, rektorun müəllimlə müqavilənin davam etdirilib-etdirilməyəcəyi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olacaq. "Müqavilədə müəllimin də müəyyən şərtləri nəzərdə tutulur. Yəni müəllim məktəb rəhbərliyi qarşısında tədris prosesini həyata keçirmək üçün onu lazımi avadanlıqlarla, dərs vəsaitləri ilə, elektron kitabxanaya çıxışla təmin etməyi, ona yaxşı auditoriya verməyi şərt kimi qoya bilər. Ali məktəb rəhbərinin isə şərti odur ki, müəllim keyfiyyətli dərs keçsin, tələbələrə proqramlarla müəyyənləşdirilmiş kompetensiyaları verməsi üçün məsuliyyət daşısın. Əks təqdirdə rektor müəllimlə bu müqaviləni poza bilər", - deyə  İ.Mustafayev əlavə edib.

Şöbə müdirinin fikrincə, sözügedən  qaydaların hazırlanması ali təhsil sistemi üçün ən mütərəqqi yeniliklərdən biridir. Yeni qaydalar müəllimlərin məsuliyyətini də artıracaq.

İ.Mustafayev müxbirimizlə söhbətində "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları"nın artıq hazırlanaraq təsdiq olunduğunu və hazırda tətbiq edildiyini   də diqqətə çatdırıb.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov