Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

"İnsan alverindən özünü qoru" mövzusunda konfrans

 

Martın 29-da Azərbaycan Respublikası Təhsil və Daxili İşlər nazirlikləri və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə 3 nömrəli Gəncə Peşə Liseyində "İnsan alverindən özünü qoru" mövzusunda konfrans keçirildi.

Konfransda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Daşkəsən polis şöbələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhərin ilkin peşə təhsili müəssisələrinin işçiləri, şagirdləri və digər qonaqlar iştirak edirdilər.

İlkin peşə təhsili müəssisələrində oxuyan şagirdlərin maarifləndirilməsi məqsədilə keçirilən konfransı liseyin direktoru Alı Əliyev açaraq qeyd etdi ki, bir çox gənclər təhsillərini davam etdirmək, iş tapmaq, əcnəbi vətəndaşla nigah bağlamaq məqsədilə xarici ölkələrə miqrasiya edirlər. Lakin əksər hallarda onlar öz arzularına qovuşmaq üçün kifayət qədər məlumatlı olmurlar.

Konfransda Daxili İşlər Nazirliyinin əməkdaşı Fuad Əliyev xarici ölkə vətəndaşları tərəfindən iş, təhsil, ailə qurmaq təklifi aldıqda həmin sahələr üzrə hansı məlumata malik olmağın zəruriliyi barədə danışdı. Daha ətraflı məlumat almaq üçün "Qaynar xətt" xidmətindən yararlanmağı tövsiyə etdi və "Qaynar xətt"in telefon nömrələrini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

"Uşaqlara yardım" qeyri-hökumət təşkilatının sədri M.Abbasova rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs etdi. Təşkilata müraciət edən insan alveri qurbanlarının acınacaqlı taleyindən nümunələr göstərildi.

Sonda DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən hazırlanmış videoçarx nümayiş etdirildi. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov