Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında memorandum imzalanıb

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Ankara Universitetinin prorektoru, professor Argun Karacabeyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rektor bir müddət əvvəl BDU ilə Ankara Universiteti arasında birgə elmi əməkdaşlıq barəsində imzalanan protokoldan, bu protokol çərçivəsində ölkəmizdə hüquq elminin davamlı inkişaf etdirilməsi, hüquqşünas kadrların hazırlıq səviyyəsinin daha da artırılmasının təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

Görüşdə hər iki universitetin rəhbərliyi bakalavr səviyyəsində beynəlxalq standartlara uyğun hüquqşünaslıq ixtisası üzrə ikili diplomun verilməsi (tanınması), digər tərəfdən isə gələcəkdə bu prosesin davamı kimi magistratura və doktorantura pillələrində kadr hazırlığı baxımından elmi əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparıblar.

Sonra Bakı Dövlət Universiteti və Ankara Universiteti arasında birgə bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı hüquq təhsili, ikili diplomların verilməsi  barədə Memorandum imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Ankara Universitetinin rektoru, professor doktor Cemal Taluğ adından prorektor Argun Karacabey imzalayıb. Memoranduma əsasən, bu tədris ilindən başlayaraq, hər  tərəfdən 30 nəfər tələbə, cəmi 60 nəfər ikili diplom almaq üçün 1-ci kursa qəbul ediləcək. 60 tələbə həm Türkiyə, həm də Azərbaycanın ikili diplomlarını alacaq ki, həmin diplomlar hər iki ölkədə qəbul ediləcək.

Həmçinin ikili diplom verilməsi ilə bağlı birgə tədris prosesi BDU-da türk və Azərbaycan dillərində aparılmaqla Avropa Kredit Transfer Sisteminə (ECTS) uyğun olaraq həyata keçiriləcək. Tərəflərin öhdəliklərində isə bu məqamlar öz əksini tapıb: qarşılıqlı elmi tədqiqatların və elmi mübadilənin, birgə elmi konfransların keçirilməsi, ikili diplom proqramı ilə bağlı hər növ elan, reklam, təqdimat və sərgilərin  təşkil edilməsi ilə bağlı əməkdaşlığın təmin edilməsi, Birgə Tədris Proqramını müvəffəqiyyətlə bitirən tələbələrə ikili diplom verilməsi.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Elektron Tədris Mərkəzində, Heydər Əliyev Muzeyində, elmi-tədqiqat laboratoriyalarında olub, hüquq fakültəsinin professor-müəllim heyəti ilə müzakirələr aparıblar.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov