Bakıda "Begin Qroup" şirkətinin təşkilatçılığı ilə
beynəlxalq təhsil sərgisi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan universitetlərinin
tələbələrinin xüsusi maraq göstərdiyi sərgidə Rusiya,
Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya və digər
ölkələrin ali təhsil müəssisələri öz stendləri ilə
təmsil olunmuşlar. Sərginin məqsədi ölkəmizin ali
təhsil müəssisələrində təhsil alan tələbələri xaricdə
oxumağın yolları haqqında məlumatlandırmaq və onların
düzgün seçim etməsinə yardım etməkdir.
"Begin Qroup" şirkəti belə sərgiləri gələcəkdə də davam
etdirmək niyyətindədir. |