Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və
dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o
cümlədən xalqımızın müstəqillik arzusunun həyata
keçməsində, milli dövlətçilik ideyasının
gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin
yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha
dolğun çatdırmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Ümumtəhsil məktəblərinin şagirdləri arasında
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunan "Heydər Əliyev və müstəqil
Azərbaycan" mövzusunda respublika rəsm müsabiqəsi
keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi
təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı
Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon, şəhər təhsil şöbələrinin müdirləri və nazirliyin
birbaşa tabeliyində olan təhsil müəssisələrinin
rəhbərləri müsabiqənin yerlərdə keçirilməsini təşkil
etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov)
müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini
təmin etsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə
bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş xərclər
smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş
vəsait hesabına müəyyən edilmiş qaydada həyata
keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan
müəllimi" qəzetində dərc etdirsin və əsasnamə ilə
birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnaməni çoxaldaraq
yerlərə göndərsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
3 aprel 2012-ci il |