Martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilən
UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan futbolu
üçün əlamətdar qərar qəbul olunmuşdur. AFFA-nın
saytına istinadən xəbər verilir ki, UEFA İcraiyyə
Komitəsinin qərarına əsasən, 17 yaşadək futbolçulardan
ibarət milli komandalar arasında 2016-cı il Avropa
çempionatı Azərbaycanda keçiriləcəkdir. |