Təhsil
Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanovanın "Ədəbiyyat
dərslərində informasiya və kommunikasiya
texnologiyalarından istifadə" adlı metodik vəsait
çap edilmişdir. Metodik vəsaiti Təhsil Nazirliyinin
Elmi-Metodik Şurasının "Azərbaycan dili və ədəbiyyat"
bölməsinin qərarı ilə təsdiq edilmişdir. Bu vəsaitdə
şagirdin tədqiqatçılıq, idraki, ictimai bacarıqlarının
inkişafı və təlim marağının yüksəlməsində İKT-dən
istifadənin əhəmiyyəti araşdırılmışdır. Onun multimedia
və İnternet imkanlarının mahiyyəti, istifadə yolları və
idarə olunması ədəbiyyatın tədrisinin təşkili baxımından
öyrənilmiş və müvafiq tövsiyələr hazırlanmışdır. Eyni
zamanda şagirdlərin yaradıcı imkanlarından istifadə
etməklə maraqlı və yararlı elektron resursların
hazırlanması yolları işlənmişdir. Metodik vəsait
ümumtəhsil məktəblərinin ədəbiyyat fənn müəllimləri,
metodistləri, ali məktəblərin filologiya fakültəsinin
tələbələri və əlavə təhsilin müvafiq kurslarının
müdavimləri üçün nəzərdə tutulmuşdur.
Şakir CƏFƏROV |