Lənkəran Dövlət Universitetinin tələbələri Lənkəran uşaq
evinin sakinləri ilə görüşmüşlər. Tədbirdə tələbələr xoş
arzularını bildirərək özləri ilə gətirdikləri bayram
hədiyyələrini uşaqlara paylamışlar.
Uşaq evinin direktoru Ofelya Qənbərova görüş üçün
minnətdarlığını bildirmişdir. Tədbir universitetin 1
nömrəli tədris korpusunda davam etdirilmişdir. Bayram
iştirakçıları tələbələrin əl işlərindən təşkil olunmuş
sərgiyə baxmışlar. Sərgidə yazın gəlişinə həsr edilmiş
rəsmlər nümayiş etdirilmişdir.
Lənkəran Ağsaqqallar Şurasının sədr müavini,
universitetin valideynlər şurasının sədri Sərhad
Məmmədov, universitetin dosenti, filologiya elmləri üzrə
fəlsəfə doktoru Mirhüseyn Abbas, universitetin
tələbə-gənclər təşkilatının sədri Uğur Qurbanzadə və
başqaları çıxış edərək ürək sözlərini söyləmişlər.
Sonda Novruz bayramına həsr edilmiş ədəbi-bədii
kompozisiya göstərilmişdir.
Hacı Etibar ƏHƏDOV |