Azərbaycan
Respublikası Təhsil Nazirliyi "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində təhsil sisteminin pedaqoji heyətinin İKT
üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər
və digər kompleks tədbirlər həyata keçirir.
Bu proqram Azərbaycan dövlətinin təhsilə göstərdiyi
qayğının ən bariz nümunələrindən biridir. Proqram
çərçivəsində həyata keçirilən işlərdən biri də Təhsil
Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsi ilə birgə nazirliyin tərəfdaşlarından biri olan
"MƏDƏD" təşkilatının həyata keçirdiyi inzibati-idarə
heyətinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi
kurslarıdır. Bu təlim kursları respublikanın digər
rayonları ilə yanaşı, Şuşa rayonunun Malıbəyli kənd
məktəbində fevral ayının 27-dən başlayaraq bütün ümumi
təhsil məktəblərinin inzibati-idarəetmə heyəti üçün də
uğurla həyata keçirilir.
Təlimlər 2 nəfər təlimçi ilə 6 gün aparılır. Təlimlərdə
12-15 nəfərlik qruplar iştirak edir. İnzibati-idarəetmə
heyətinin kurslara cəlb edilməsi təhsil şöbəsi
tərəfindən tənzimlənir. Təlim zamanı iştirakçılar 5
kompüter proqramı ilə tanış olurlar. Bu da onların
gələcəkdə işlərini İKT və digər avadanlıqlarla
zənginləşdirmələrinə çox kömək edəcək. Kursun son günü
isə iştirakçılar təlimçilər tərəfindən imtahandan
keçirilir. Onlara sertifikatların verilməsi bu
imtahanların nəticələrinə görə müəyyənləşdirilir.
Tamella KAZIMOVA,
Şuşa RTŞ-ın müdir müavini |