Danimarkanın paytaxtı Kopenhagendə Avropa Tələbələr
Birliyi və Danimarka Tələbələr Birliyinin birgə
təşkilatçılığı ilə 62-ci Avropa Tələbələr Konvensiyası
keçirilmişdir. Konvensiya zamanı əsas olaraq tələbələrin
məşğulluq problemi müzakirə edilmişdir.
38 ölkədən 45 milli tələbə birliyinin nümayəndələrinin
iştirak etdiyi Konvensiyada ölkəmizi Azərbaycan
Tələbələr Birliyi tərəfindən Elgün Rzazadə təmsil
etmişdir. Onun iştirakı ilə Konvensiyada mövzu ilə
əlaqədar müxtəlif müzakirələr təşkil edilmişdir.
Müzakirələrdə Cənubi Qafqaz ölkələrinin bu sahədəki
problemləri və müsbət təcrübələri vurğulanmışdır.
Səslənmiş fikirlər əsasında Kopenhagen Bəyannaməsi qəbul
edilmişdir.
Bəyannamədə Avropa ölkələrinin milli hökumətlərinə 10
maddədən ibarət təkliflər əksini tapır.
AzərTAc |