Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Bir əsrə yaxın tarixi olan Katex məktəbi

 

Katex Balakən rayonunun ən iri, yarlı-yaraşıqlı kəndlərindən biridir.

Vaxtı ilə bu kənddə qonaq olan Qafqazın qəhrəman oğlu Şeyx Şamil, dahi fransız ədibi Aleksandr Düma, məşhur rus şairi Mixail Lermontov və başqa tarixi şəxsiyyətlər Katex, onun mehriban insanları haqqında xoş sözlər söyləmişlər.

Katexlilərin həyatında Katex kənd orta məktəbi  müstəsna rol oynamışdır. Bu məktəbin yaranması 1914-cü ilə təsadüf edir. Onun yaranmasının təşəbbüskarı Katex kənd sakini, milliyyətcə oğuz-azəri türkü, ixtisasca kimyaçı olan Abdulla Nəbizadə olmuşdur. O, özünün şəxsi evində 1914-cü ildə kənd əhalisinə savad öyrətmək üçün kurs açır. Burada dərslər əsasən Katex kəndinin o zamankı ziyalıları Nəcməddin Nuruzadə, Əsədil Qudabaşov, Möhmə Baydarov, İslam Bayramov və başqaları tərəfindən aparılırdı. Məktəbdə dərs demək üçün qonşu Şəki, Qax, Zaqatala qəzalarından dünyəvi təhsil almış ziyalılar da cəlb edilmişdi. Dərslər əsasən, Azərbaycan, rus, ərəb, fars, avar, ləzgi, saxur dillərində aparılırdı. Burada savadsızlığın ləğvi ilə yanaşı, kənd camaatının balalarına elmin müxtəlif sahələrinə dair ibtidai də olsa biliklərin əsasları öyrədilirdi.

Məktəbə əsasən, Katex kəndinə aid olan Qarahacılı, Godabqara, Baretbinə, Uzuntala və başqa xırda yaşayış məntəqələrində yaşayan əhalinin uşaqları cəlb olunmuşdu.

Məktəb 1924-cü ildə yerli sovet hakimiyyəti orqanları tərəfindən rəsmiləşdirilərək ona dünyəvi xarakterli ibtidai dövlət məktəbi statusu verildi.  Bu məktəbdə təkcə Katex kəndindən deyil, eyni zamanda həmin yaşayış məntəqəsinə yaxın olan Balakən və qonşu Zaqatala rayonlarının kəndlərindən olan gənclər də gəlirdilər.

Katex kəndinin ilk maarifpərvər insanlarından biri, elm, təhsil qaranquşu sayılan Abdulla Nəbizadənin kəndli balalarının, gənclərin təlim-tərbiyəsindəki çoxillik zəhməti və zəngin təcrübəsini nəzərə alan sovet dövləti, onu o zamankı ən ali mükafatlardan sayılan Lenin ordeni ilə təltif etmişdir.

Abdulla Nəbizadə uzun müddət yaradıcısı olduğu bu məktəbin direktoru olmuşdur.

Katex kəndindəki 1 nömrəli orta məktəbin nəinki Balakən rayonunda, habelə ölkədə tanınan yetirmələri çox olmuşdur. Məzunlardan sonradan bu zəngin pedaqoji təcrübəyə malik, məzunu olduğu təhsil müəssisəsində dərs deyən müəllimlərdən Kərim Kərimovun, Herov Lələyevin, Tacəddin Osmanovun, Hədis Qurbanovun, Səid Manafovun, Əsgər və Sədulla Mollayev qardaşlarının, Şərafəddin Məmmədovun, Məryəm Atayevanın, Huru Balamədovanın, Nizaməddin Əhmədovun, Nizaməddin Alqayevin və başqalarının adlarını iftixarla çəkmək olar.

Məktəbin ölkə hüdudlarından uzaqlarda da tanınan məzunları vardır.  50 nəfərlik pedaqoji kollektivi olan Katex məktəbində bu gün 367 şagird təhsil alır. Məktəb öz təhsil uğurları ilə bu gün də öyünə bilər. Belə ki, Katex məktəbinin ötənilki 32 məzunundan 28-i attestat alaraq ölkəmizin müxtəlif ali məktəblərinə sənəd vermiş, onlardan 16-sı respublikamızın nüfuzlu ali məktəblərinə daxil olmuşdur. Məktəb həmişə maddi-texniki bazasını artırmaq qayğısına qalaraq işini günün tələbləri səviyyəsində qurur. 

Manə HÜSEYNOVA,
Gəncə şəhər M.Paşayev adına
39 nömrəli tam orta məktəbin müəllimi 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov