Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

"Elektron məktəb" layihəsi çərçivəsində Milli Təhsil Modeli formalaşır

 

"Elektron məktəb" layihəsi çərçivəsində tədris müəssisələrində tətbiq olunan texnologiyalar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir. Bu haqda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumatda bildirilir. Qeyd olunur ki, bu pilot layihə çərçivəsində əldə edilən təcrübə əsasında Azərbaycanın bütün məktəblərində "Elektron məktəb" konsepsiyasını tətbiq etmək mümkündür. Bu isə Azərbaycanda aparıcı ölkələr səviyyəsinə uyğun Milli Təhsil Modelinin tam bərqərar olması deməkdir.  

"2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə indiyədək 39 təhsil müəssisəsi cəlb olunmuşdur. Onlardan 32-si ümumtəhsil məktəbidir. Hazırda layihədə Bakının, Sumqayıtın, Lənkəranın, Gəncənin, Şamaxının, İsmayıllının, Şirvanın, Qubanın və Ağdaşın məktəbləri iştirak edir.   

"Elektron məktəb" layihəsinin əsas məqsədi seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun tətbiq edərək tədrisin səmərəli təşkilini və idarə olunmasını təmin etməkdir. 

"Elektron məktəb" layihəsində iştirak edən məktəblər Azərbaycan təhsil şəbəkəsinə optik kabellər vasitəsilə qoşulmuş, onlarda zəruri şəbəkə avadanlığı və proqram təminatı istifadə edilmişdir. Layihədə iştirak edən məktəblərdə "elektron məktəb idarəetmə proqramı", "elektron dərslər idarəetmə proqramı" və valideyn nəzarət səhifəsi kimi tətbiq olunan komponentlər geniş istifadə olunmaqdadır. Tətbiq edilən həllər nəticəsində həmin məktəblərdə elektron jurnalların, elektron cədvəllərin, elektron gündəliklərın və SMS vasitəsilə şagirdlərin davamiyyəti və dərslərdə iştirakı haqda valideynlərin məlumatlandırılması, elektron tərdis resurslarının istifadəsi mümkün olmuşdur. Pilot məktəblər həmçinin Milli Təhsil Portalının funksionallarından da geniş istifadə edirlər.

Bununla yanaşı, pilot məktəblərdə "bir şagird - bir kompüter" layihəsi də tətbiq edilir. Təhsil Nazirliyinin və "İntel" şirkətinin birgə təşəbbüsü olan "bir şagird - bir kompüter" layihəsi çərçivəsində məktəblilərə həm dərsdə, həm də evdə istifadə üçün netbuklar verilmişdir. Bu, tədrisdə informasiya texnologiyalarının tətbiqini daha da səmərəli edir.

Məlumatda o da qeyd olunur ki, informasiya texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı nəticələr əldə etməyə imkan verir. Əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir. Ölkə miqyasında buna nail olmaq üçün bir sıra mühüm addımların atılması zəruridir. Məsələn, elektron jurnalın tətbiqi üçün hər bir sinifdə İnternetə qoşulmuş noutbukun və ya kompüterin olması vacibdir.

Orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunması məqsədəuyğundur. Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır - təhsil sistemində "ağıllı" kitabların, şagirdlərin iştirakını və araşdırmacılığını sövq edən elektron təhsil resursların istifadəsi genişlənməkdədir. Şagirdin yaradıcılığına imkan verən interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması Bulud (Cloud) texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil alət-cihazına - netbuk və planşet kompüterə ehtiyac artır. Azərbaycanda da tədricən fərdi kompüterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında Bulud texnologiyalara keçidi tezləşdirəcəkdir. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. Burada "ağıllı" məzmunun yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan infrastrukturun - Data Mərkəzin, elektron resurs üzrə mütəxəssisləşmiş yerli şirkətlər, yerli ekspertlərin və sürətli İnternet bağlantısının mövcudluğu həlledicidir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov