Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Uşaqların müdafiəsi ilə bağlı "dəyirmi masa"

 

Martın 16-da "Park  İNN" otelinin "Nəsimi" zalında "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində "Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı kimi ailə əsaslı alternativ sosial xidmətlər" mövzusunda "dəyirmi masa" keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Avropa Birliyi, "Hilfsverk Avstriya" beynəlxalq və "Ümidli Gələcək Gənclər" təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı, paytaxtın bir sıra rayonlarının icra hakimiyyətlərinin məsul işçiləri də iştirak ediblər.

"Dəyirmi masa"nı Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva açaraq Təhsil Nazirliyi və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatı ilə birgə həyata keçirilən layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsi Avropa Komissiyası və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Verilən məlumatdan aydın olub ki, layihə çərçivəsində Xəzər rayonundakı internat-məktəblərdə yaşayan  və övladlığa verilməsi mümkün olmayan, 50 himayədar ailəyə veriləcək 50 uşaq artıq seçilib. Bundan başqa layihəyə əsasən övladlığa, qəyyumluğa və ya himayədar ailələrə verilməsi  qeyri-mümkün olan, daim müəssisədə yaşayan 10 uşağın yaşayacağı ailə əsaslı kiçik qrup evinin binası tikilib və yaxınlarda istifadəyə verilməsi nəzərdə tutulub. Evin saxlanma xərcləri layihəyə ayrılmış vəsait hesabına həyata keçiriləcəkdir.

Çıxış üçün söz alan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, layihə rəhbəri Mikolaj Bekasiak, Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin məsul əməkdaşı Munir Məmmədzadə, "Ümidli Gələcək Gənclər" təşkilatının proqram rəhbəri Elxan Mərdanlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vüqar Salmanov, "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Aytəkin Hüseyinli  belə bir mövzuda "dəyirmi masa"nın keçirilməsinin əhəmiyyətini  xüsusi vurğulayaraq "Uşaq qayğı sistemi və ailədə yaşamaq hüququ", "Valideyn himayəsindən məhrum olmuş, valideynlərini itirmiş uşaqların müdafiəsində alternativ xidmətlər", "Himayədar ailə, kiçik qrup evi və müvəqqəti qayğı xidmətlərlə bağlı beynəlxalq təcrübə", "Himayədar qayğı, kiçik qrup evi və müvəqqəti qayğı xidmətlərinin təşkili mexanizmi" mövzularında təqdimatlar ediblər.

Geniş fikir mübadiləsi və diskussiya şəraitində keçən "dəyirmi masa"da həmçinin layihə çərçivəsində pilot seçilmiş Xəzər və Suraxanı rayonlarında fəaliyyət göstərən dövlət uşaq müəssisələrində görülmüş işlər haqqında məlumatlar verilib, təqdimatlar ətrafında müzakirələr aparılıb, daha sonra layihə çərçivəsində hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunan "Himayədar (foster) qayğı xidmətlərinin standart və qaydaları", "Ailə tipli kiçik qrup evinin standart və qaydaları", "Himayədar (foster) ailə haqqında Əsasnamə" və "Ailə tipli kiçik qrup evi haqqında Nümunəvi Əsasnamə" sənəd layihələrinin məzmunu geniş şərh edilib.

Sonda De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov